Millimiz sabah yoldaşlıq oyununda San Marino ilə qarşılaşacaq.
Yığmamızın futbolçusu Cəlal Hüseynov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Mövsüm başa çatdıqdan sonra yay toplanışı keçiririk. Bir qədər çətinliklər var. Artıq bir oyun oynamışıq. Ümumilikdə, bu toplanış Millətlər Liqasına hazırlıq baxımından çox yaxşıdı. Komandada əla ab-hava hökm sürür. Sabah qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik.
- Toplanışda tam olaraq nə çətin gəlir?
- Bəli, bu bizim işimizdi və gileylənmək günah olar, lakin yorğunluq özünü göstərir. Buna baxmayaraq bura tam işgüzar əhval-ruhiyyədə gəlmişik.
- Rəqibin müdafiə olunacağını nəzərə alsaq, sabah hücumlara qoşulacaqsız?
- Dünya reytinqində bizdən aşağı pillələrdə qərarlaşsalar da, yaxşı komandadılar. Onların oyununu izləmişik. Asan olmayacaq. Mənim də qol vurmağım yaxşı olardı, lakin ən vacibi komandanın qələbəsidi, çünki bu qələbə bizə çox lazımdı.
- Gələcək klubunuzla bağlı yekun qərar vermisiz?
- Bolqarıstan "Arda"sı ilə müqaviləm başa çatdığı üçün hazırda azad agent statusum var. Karyeramı xaricdə davam etdirməyi planlaşdırıram. Ayın ortalarına yaxın yeni klubumun adına aydınlıq gələcək. Tələsmək istəmirəm, çünki ən doğru qərarı verməyə çalışıram.
"Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
Ölkə futbolu / Manşet





