Leonardo Balerdi dünya çempionatında komandasına kömək edə bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının müdafiəçisi məşq zamanı əzələsindən zədə alıb. Ciddi zədə səbəbindən Balerdi milli komandanın turnir üçün təsdiqlənmiş yekun heyətindən çıxarılıb.
Baş məşqçi Lionel Skaloninin yaxın vaxtlarda 27 yaşlı müdafiəçinin əvəzinə komandaya yeni oyunçu dəvət edəcəyi gözlənilir.