Fizuli Məmmədov "Şahdağ Qusar"da

8.06.2026 22:46 26
Ölkə futbolu
“Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi davam edən danışıqlardan sonra mütəxəssis Fizuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə "1+1" illik sözləşmə imzalanıb.

Fizuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.