"Şamaxı"nın yay hazırlıq planı məlum oldu

8.06.2026 21:11
Ölkə futbolu
“Şamaxı”nın yay hazırlıq planı məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Təlim-məşq toplanışı iyulun 11-i Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək.

Komandanın hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.