• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz Naxçıvan”ın Azərbaycan turu - KÖŞƏ

Manşet / Yazarlar

30-09-2024, 19:0

“Araz Naxçıvan”la “Neftçi”nin Mərdəkandakı qarşılaşmasının üzərindən elə də çox keçməyib.

Bu oyunun son saniyələrində meydanda qalmaqal baş vermişdi. Uzun müddət hesabda öndə olan “qırmızı-ağlar”ın moldovalı qapıçısı Kristian Avram vaxt qazanmaqdan ötrü topu meydandan çıxarmışdı. Guya həmin məqamda yerdə qalan Lebonun zədəli olması onu bu “nəcib addımı atmağa” vadar etmişdi. “Neftçi” isə topu rəqibə qaytarmağı lazım bilmədi və sürətli hücum qurub, Avramın qoruduğu qapıya yol tapdı. Bununla da hesab bərabərləşdi. Yeri gəlmişkən, bu, Ramil Şeydayevin cari mövsümdə vurduğu yeganə qoldu.
Sözsüz, qələbəni əldən qaçıran “Araz Naxçıvan” tərəfi qoldan sonra uzun müddət narazılıq etdi. Oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Elmar Baxşıyev də narazılığını gizlətməmiş, bir az da uzağa gedərək, stadionlardakı “fair-play” bayrağının emndirilməsini təklif etmişdi. Elmar bəyin belə cəsarət nümayiş etdirməsinə çox təəccüblənmişdim. Fikirləşmişdim ki, nə əcəb eyni cəsarəti Zaur Axundov “Elmar Baxşıyevə qışa qədər yox, iki ay vaxt vermişik. Nəticə olmasa, onu yola salacağıq” deyəndə nümayiş etdirməyib. Ən azı deməyib ki, mənimlə bu tonda danışmağa, vaxt qoymağa heç kimin ixtiyarı yoxdu, Zaur Axundovun mənə ultimatium verməyə səlahiyyəti çatmaz. O vaxt səsini çıxarıb, etiraz bildirsəydi, Baxşıyevə daha çox hörmət bəsləyərdik. Nəinki stadionlardan “fair-play” bayraqlarının endirilməsini təklif edəndə.

Bayraq endirməyə nə var? Yiyəsiz bayraqlardı. Bir də ki, ədalətli oyun təkcə stadionun kənarına bayraq asmaqla, yaxud da mətbuat konfransında bu barədə danışmaqla olmur. Həmin o ədalətli oyunu meydanda göstərməlisən, yetirmələrindən də belə oynamağı tələb etməlisən. Elmar bəyin sərəncamında olan futbolçuların ədalət prinsiplərinə necə əməl etdiklərini Tovuzda keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” qarşılaşmasında gördük. Həmin oyunun 13-cü dəqiqəsində Ramon Maçado təpiyi Roderik Millerin sifətinə vurdu.

Sonradan çəkilən şəkillərə baxanda adamın Millerə ürəyi ağrıyırdı. Allah göstərməsin, zərbə bir qədər də yuxarı dəysəyi, biz az da qüvvətli olsaydı, Roderik görmə qabiliyyətini ömürlük itirə bilərdi. Bir futbolçu rəqibinin sifətinə belə təpik vurmazdan əvvəl özünü də onun yerinə qoymalıdı. Düşünməlidi ki, qarşısındakı rəqib də onun kimi futbolçudu, evindən-eşiyindən uzaq düşüb, Azərbaycana bir tikə çörək qazanmaq üçün gəlib. Ədalətdən uzaq Elçin Məsiyevin Maçadoya qırmızı vərəqə göstərməyə cəsarət etməməsi, hakimlərə rəhbərlik edən belçikalı Frank De Blekerin ona haqq qazandırması da bir ayrı dərddi.

Ədalətli oyun arzulayan Elmar Baxşıyev, heç olmasa, futbolçusunun hərəkətinə görə üzrxahlıq etməli, belə hərəkətlərin futbola yaraşmadığını deməliydi. Təəssüf ki, səfərdə qazanılan şübhəli qələbənin sevinci hər şeyi unutdurdu. Şübhəli qələbə ona görə deyirəm ki, Maçado həmin o təcavüzkar davranışa görə meydandan qovulsaydı, “Turan Tovuz”un qapısına qol vurmağa macal tapmayacaqdı. Çünki meydanda olmayacaqdı. Deməli, arxasında Frank De Blekerin dəstəyini hiss edən Elçin Məsiyev Maçadonu meydandan qovmamaqla birbaşa oyunun nəticəsinə təsir edən səvhə yol verib. Atalarımız keçənə güzəşt deyirmişlər. Amma Azərbaycan futbolunda hakim səhvlərinə güzəşt olunduqca o səhvlərin də sayı çoxalır, komandaların haqqı tapdanır. Bizim də əlimizdən izləməkdən, təəssüflənməkdən və yazılarımızda etiraz bildirməkdən başqa heç nə gəlmir.

Bu gün oxuyuram ki, “Araz Naxçıvan” növbəti ev oyununu Mərdəkanda keçirməyəcək. Yox, komandanın doğma Naxçıvana qayıtmaq fikri yoxdu. Adı Naxçıvanın olub, özü Naxçıvandan qaçaq düşən komanda “Səbail”i Sumqayıtdakı “Kapital Bank Arena”da qəbul edəcək. Naxçıvanın komandası Bakıdan sonra bir müddət Sumqayıta sığınacaq. Sonrası Allah kərimdi. Mövsüm ərzində “Gəzdim Azərbaycanı” layihəsinə şahidlik edəcəyik. Görək Azərbaycan turunun növbəti dayacağı hara olacaq. Bunu da bizə Azərbaycanın bölgələrində futbolun inkişafı, “böyük futbol”un əyalətlərə qayıtması adıyla sırıyacaqlar.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-05-2024, 10:0

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

Premyer-liqa

2-04-2024, 23:0

15 turdan sonra döndü, korladı

Ölkə futbolu

8-04-2024, 15:0

“Araz-Naxçıvan”ın baş məşqçisi rəsmən açıqlandı

Ölkə futbolu / Manşet

15-05-2023, 22:0

“Araz-Naxçıvan” çempion oldu

Ölkə futbolu / Manşet

3-06-2024, 14:0

“Araz-Naxçıvan”ın əsas oyunçuları vaxt istəyib

Ölkə futbolu / Manşet

17-04-2024, 12:0

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

Aktual
"Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə