40 yaşında “daha bəsdi” dedi

5.05.2026 00:39 50
Dünya futbolu
Nəhayət, Eşli Yanq çoxdan gözlənilən qərarı verib. İngiltərə yığmasının sabiq futbolçusu karyerasını başa vurmaq qərarına gəlib.

“İpsviç”də çıxış edən 40 yaşlı müdafiəçi sosial şəbəkə hesabında mayın 2-də karyerasının sonuncu oyununa çıxacağını açıqlayıb. Komanda həmin gün çempionşipin 46-cı turunda “Kuinz Park Reyncers”lə qarşılaşacaq.

Eşli qərarı ilə bağlı belə deyib: 

“Bu, yalnız uşaq yaşlarımda arzuladığım bir səyahət idi. Amma bu xəyalın bir sonu olmalıdı və şənbə günü peşəkar karyeramın sonuncu oyununa çıxacam...”

Qeyd edək ki, İngiltərə yığmasında 39 oyun keçirən və 7 qol vuran Yanq “Uotford”un yetirməsidi.

Peşəkar karyerasına 2003-cü ildə bu komandada başlayan futbolçu “Aston Villa”, “Mançester Yunayted”, “İnter” və “Everton”da da çıxış edib.