Bu gün final matçı ilə Yüksək Liqada cari mövsümə yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, cari mövsümdə “Araz-Naxçıvan”a yeganə xal itkisi yaşadan “Neftçi” İK son dueldə də sürprizə imza atmağı düşünürdü. Lakin naxçıvanlılar buna imkan verməyib - 4:1.
Beləliklə “Araz-Naxçıvan” 29-cu Azərbaycan çempionatının qalibi oldu.
Araz-Naxçıvan – Neftçi İK (2:1) 4:1
15 may. Bakı İdman Sarayı. Saat 18.30
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov
Hakim-inspektor: Murad Məmmədov
Qollar: Xətai Bağırov, 1:37, Amadeu, 14:47, Felipinyo, 20:40, Nata Felipe, 38:16 // Namiq Məmmədkərimov, 13:41