Filip Foden “Mançester Siti”də daha uzun müddət oynamaq şansı qazanıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu yarımmüdafiəçi ilə yeni uzunmüddətli müqavilənin şərtlərini razılaşdırıb. “Sky Sports” nəşrinin məlumatına görə, yeni sözləşmənin müddəti 4 illiyə nəzərdə tutulub. Bu, o deməkdi ki, 25 yaşlı futbolçu MS-də 2031-ci ilin yayınadək oynayayacaq.
Qeyd edək ki, Filip “şəhərlilər”in yetirməsidi. O, əsas komandada 2016-cı ildən çıxış edir. Foden bu mövsüm meydana çıxdığı 46 oyunda 10 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.