“Qarabağ”ın futbolçusu Musa Qurbanlı bu gün Misli premyer-liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı keçirilən matçda zədə alıb.
"Football-plus.az" xəbər verir ki, matçın 8-ci dəqiqəsində futbolçunun ayağı zədələnib. Bu səbəbdən o, Abdulla Zubir ilə əvəzlənib.
Futbolçunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb.