Çempionluq itirilsə də, müqaviləsi yeniləndi

5.05.2026 19:42 43
Dünya futbolu
“Sportinq” çempionluğu əldən versə də, baş məşqçi Ruy Borjeş ilə müqavilə yenilənib.

"Football-plus.az" xəbər verir ki, Portuqaliya klubunun mətbuat xidmətinin məlumatına görə, yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 44 yaşlı portuqaliyalı mütəxəssis komandanı 2024-cü ilin dekabrından çalışdırır. Lissabonlular ötən mövsüm Borjeşin rəhbərliyi altında “qızıl dubl” etmişdilər.

“Sportinq” hazırda ölkə çempionatında “Portu”dan sonra 2-ci yeri tutur. Qeyd edək ki, 3-cü yerdəki “Benfika”nın da 76 xalı var.