“Real”ı tərk edəcək

5.05.2026 17:56 34
Dünya futbolu
Daniel Karvaxal yayda klubundan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, “Real”ın sağ cinah müdafiəçisi ilə bağlı xəbəri “Marka” qəzeti yayıb. Məlumatda hazırda zədəli olan 34 yaşlı ispaniyalı futbolçu ilə müqavilənin yenilənməyəcəyi bildirilir.

Daniel Madrid klubunda 2013-cü ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 20 oyunda iştirak edib.