• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yayda gətirdiyimiz futbolçular gözləntilərin tam əksinə çıxış etdi” - “Araz-Naxçıvan” rəhbərliyi futbolçulardan narazıdı 

Ölkə futbolu / Aktual

5-05-2026, 18:0

Ötən mövsüm qışa qədər yığdığı xallar hesabına yanlız “Qarabağ” və “Zirə”dən geri qalaraq avrokuboklara vəsiqə qazanan “Araz-Naxçıvan” bu mövsüm dekabrın sonlarında Elmar Baxşıyevlə yollarını ayırdı. Komanda avrokuboklar uğrunda mübarizənin birbaşa içində olsa da, əvvəlki mövsümdən fərqli liderlər qrupunda olmaması klub rəhbərliyi qane etmədi və Baxşıyevin əvəzinə Andrey Demçenko ilə müqavilə imzaladı. 

Ukraynalı mütəxəssisin oyun fəlsəfəsinin, sisteminin olduğu görünür. Amma onun istədiyini bu futbolçularla bacarması mümkün deyil. Keyfiyyətli heyət var. Xüsusən də yarımmüdafiə və hücum xətti çempionatda ən yaxşılardandı. Amma məsələ ondadı ki, onların oyunu Demçenkonun fəlsəfəsi ilə uzlaşmır. 

Muxtar Respublika təmsilçisi 30 oyundan sonra mümkün 90 xaldan 50-ni itirib. “Qırmızı-ağlar”ın 40 xalı var. 7 heç-heçə edən komanda 11 dəfə qələbəyə sevinib, daha çox - 12 dəfə isə meydandan xalsız ayrılıb. Halbuki ötən mövsüm 58 xalla 3-cü olmuşdular. “Turan Tovuz”u, kubokun qalibi “Sabah”ı və “Neftçi”ni qabaqlamışdılar.

Komandanın nəticələrinin ötən mövsümlə müqayisədə bu qədər fərqli olmasının səbəbi nədi? Bu durum “Araz-Naxçıvan” rəhbərliyini narahat etmirmi?

Sualımıza klubun icraçı direktoru Eldəniz Yusubov cavab verdi:

“Biz də ötən mövsümdəki nəticələrlə indikini müqayisə edirik və görürük ki, yayda qarşıya qoyduğumuz hədəflərdən uzaqlaşmışıq. Bu durum rəhbərlik tərəfindən kəskin etirazla qarşılanır. Futbolçuların keyfiyyətinə, peşəkarlığına heç vaxt şübhə etməmişik. İndi də düşünürük ki, yetərincə yaxşı futbolçularımız var. Amma təəssüf ki, onlar qarşıya qoyulan hədəfləri yerinə yetirə bilmədi. Siz də bilirsiz ki, avrokubok şanslarımız minimuma enib. Bu nəticələrdən rəhbərlik qəti şəkildə narazıdı. Bu mövqe futbolçuların özünə də dəfələrlə çatdırılıb. Biz rəhbərlik olaraq, əlimizdən gələni etdik ki, komanda düşdüyü böhrandan azad olsun. Heyif ki, meydançaya çıxan futbolçular bu uğursuzluq zolağından çıxa bilmirlər. Bu məsələyə hansı aspektdən yanaşmaq, həll etmək lazım olduğunu deyə bilmərəm. Bir şey bilirəm ki, yayda gətirdiyimiz futbolçular gözləntilərin tam əksinə çıxış etdilər. Oyunla bağlı, meydançadakı detallar haqda çox danışmaq istəmirəm. Bu haqda, hər halda, məşqçi oyunsonrası mətbuat konfranslarında mövqeyini bildirir, aydınlıq gətirir. Onu deyə bilərəm ki, bu nəticələrdən qəti narazıyıq. Futbolçuları yaxşı nəticədən sonra mükafatlandırdığımız kimi, uğursuz nəticələrdən sonra da mövsümün sonunda izahat soruşulacaq. Buna uyğun müvafiq addımlar da atılacaq”. 

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual

23-12-2025, 23:0

Zaur Axundov “Araz-Naxçıvan”ın avrokubok şansını bitirdi! – bir qərara sözardı

Manşet / Yazarlar

30-12-2025, 19:0

Bəh-bəh: Demçenko “Araz-Naxçıvan”ın ölkə kubokundan çəkildiyini bilmir! – YAZI

Ölkə futbolu / Manşet

5-01-2026, 00:0

Demçenko müqavilə imzaladı, ancaq hələ Bakıda deyil – o, “Araz-Naxçıvan”ın kubokla vidalaşmasından xəbərdardımı?

Ölkə futbolu / Manşet

7-01-2026, 16:0

“Elmar Baxşıyevin ahı imkan verməz qabağa gedəsiz” - Demçenkonun gəlişi xoş qarşılanmadı

Ölkə futbolu / Manşet

29-05-2025, 18:0

“Açığı, sualınız bir qədər qəribə səslənir” – Arif Əsədov nəyə təəccübləndi?

Ölkə futbolu / Manşet

2-01-2026, 20:0

Demçenko ilə “Araz-Naxçıvan”ın sözü üst-üstə düşmədi – “Danışıq aparılan başqa mütəxəssislər də var”

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə