Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama

4.05.2026 14:09 59
Ölkə futbolu / Aktual
Misli premyer-liqasının 21-ci turundan təxirə salınmış görüşdə “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Xoni Montiel zədələndi. Artıq ayaq barmağından əməliyyat olunan ispaniyalı futbolçu 4 həftəliyə sıradan çıxıb ki, bu da onun üçün mövsümün bitməsi deməkdi.

Bəs Montiel vətəninə qayıdıbmı?

Klubun Kommunikasiyalar departamentinin rəhbəri Anar Hacıyevın cavabı:

“Əməliyyatdan yeni çıxıb. Hələ ki ölkəsinə dönməyib”.

MÜZƏFFƏR QULUZADƏ