“Mançester Siti”də aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, ötən ayın ən yaxşısı adına Niko O’Rayli layiq görülüb. 21 yaşlı yarımmüdafiəçi Abdukodir Xusanov və Bernardo Silvanı arxada qoyub. Qeyd edək ki, Niko son üç ayda ikinci dəfə bu nominasiyada qalib olub.
İngilis futbolçu bu mövsüm ümumilikdə 49 matça çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.