"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

29.05.2024 10:31 246
Ölkə futbolu
“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anlaşmanın müddəti 1 ildi. Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. “Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub.