• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan futbolunun bitməyən dərdləri

Manşet / Yazarlar

4-08-2024, 12:0

“Zirə”nin ardınca digər klublarımız da avrokuboklarda mübarizəyə başladılar.

“Sumqayıt”dan savayı digər üç təmsilçimiz üzümüzü güldürdü, növbəti mərhələyə adlamaq baxımından yaxşı şans qazandılar. “Gənclik şəhəri”nin təmsilçisi macarlarla oyunda hesabı açan tərəf olsa da, bu üstünlüyü qoruya bilmədi və nəticədə doğma meydanda məğlub oldu. Bu nəticələri müzakirə etməyə, gələcək üçün planlar qurmağa başlamışkən qəfil gözlərimiz millimizin portuqaliyalı baş məşqçisi Fernandu Santuşu axtarmağa başladı. Bəli, AFFA rəhbərliyinin böyük ümidlərlə və təmtaraqla milliyə baş məşqçi gətirdiyi qocaman mütəxəssisdən xəbər-ətər yoxdu. Onu hansısa klubumuzun oyununda görən olmadı. Belə başa düşdük ki, Azərbaycan klublarının avrokubokların təsnifat mərhələsindəki çıxışı Santuş üçün heç də maraqlı deyil.

Etiraf edim ki, Santuşla bağlı yanıldım. Mən onun iyulun ortalarında ölkəmizdə görünəcəyini, klublarımızın ev oyunlarında stadionların VİP tribunalarına baş çəkəcəyini gözləyirdim. Bununla da AFFA Santuşla bağlı təbliğatın növbəti dalğasına start verəcəkdi. Qeyd olunacaqdı ki, portuqaliyalı baş məşqçi Azərbaycan klublarını və onların avrokuboklardakı çıxışını diqqət mərkəzində saxlayır. Özünə əziyyət verib, yayın istisində stadionlara yollanmaqdan belə çəkinməyib. Amma bu şans əldən verildi. Görünür Bakının havası Santuşun o qədər də ürəyincə olmayıb. Ona görə də adamı istirahətini yarıda saxlayıb, bu isti havalarda Bakıya gəlməyə razı sala bilməyiblər. Heç olmasa, Macarıstana baş çəkmək, “Sabah”ın “Makkabi” ilə oyununda 3-5 dəqiqə tribunada görünmək də artıq əziyyət sayılıb. Xəyallar məni bir qədər uzaqlara apardı. Robert Prosineçkinin millimizi çalışdırdığı dönəmlərdə oxşar vəziyyətlə üzləşmişdik. Hətta ölkə çempionatının ilk turlarında belə xorvatiyalını Bakıya gətirmək mümkün olmamışdı.

Amma həmin vaxt bir fərq var idi. Prosineçkinin millimizi çalışdırmağa başlamasından xeyli müddət ötmüşdü. Belə deyək ki, xorvatiyalı ərköyünlük etməyə sonradan başlamışdı. Santuşun adı, nüfuzu Prosineçkidən xeyli ağır olduğu üçün portuqaliyalı ərköyünlük etməyə bir qədər tez start verib. Belə yerdə adamın ağlına min cür fikir gəlir. Fikirləşirsən ki, əvvəli belə başlayıbsa, gör axırda bizi nələr gözləyir. Məsələ ondadı ki, illərdi əcnəbilər başımıza min cür oyun açır. Amma nə AFFA-nın o vaxtkı rəhbərliyi buna “dur” deyə bildi, nə də yeni gələnlər əvvəliklərin başına gələnlərdən “başmaqçı” olmağı bacardılar. Elə bu səbəbdən əcnəbilərin də başımıza açdıqları oyunlar davam edir. Bütün bunların fonunda, xərclənən milyonların qarşılığında futbolumuz heç nə qazana bilməyib. AFFA-nın əcnəbilərə sevgisi, inamı isə bitmək bilmir. Elə bu sevginin təzahürüdü ki, AFFA Barış Şimşəyin gedişindən sonra boş qalan Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri postuna yenidən əcnəbi dəvət edib. Ədalət təmsilçilərimizə bundan sonra belçikalı Frank de Blekere rəhbərlik edəcək.
Təcrübəli hakimlərimizdən olan Fariz Yusifovun belçikalının gəlişinə verdiyi reaksiya ilə tanış oldum. Onunla razılaşmamağa heç bir səbəb yoxdu. Sitat: “Əcnəbinin bizim regionlarda hakim axtarıb tapmağa nə vaxtı, nə həvəsi, nə də halı olacaq. Ona bir heyət veriləcək və deyiləcək ki, bu da hakimərimizin bugünkü siyahısı, vəssalam. Böyük təəssüf hissi keçirirəm. Fəqət neyləmək olar?” Bəli, acı da olsa, həqiqətdi. Biz heç bir şey edə bilmirik, əlimizdən heç nə gəlmir. Uzaqbaşı danışırıq, yazırıq, fikirlərimizi, təkliflərimizi çatdırırıq. Amma onlara baxan, əhəmiyyət verən tapılmır ki, tapılmır. Frits Stuxlik gəldi, buralarda “papanın gül balası kimi” gəzdi-dolandı, ondan sonra avstriyalını türkiyəli Barış Şimşək əvəzlədi. Qardaş dedik, bağrımıza basdıq. Di gəl ki, onun da rəhbərliyi Azərbaycan hakimliyinə heç nə qazandırmadı, dəyişən heç nə olmadı. Əksinə, hakim idarəçiliyinin səviyyəsi daha da aşağı düşdü, səhvlər və narazılıq xeyli artdı.

Fariz Yusifovun sözü olmasın, De Blekere ona verilən siyahıdakı hakimləri oyunlara təyin edəcək, həmin hakimlərin də səviyyələri bizə məlumdu. Hər turda sonra yenidən hakimlərin səhvləri gündəmə gələcək, “əsas odu ki, hakim qərəzli olmayıb” deyəcəyik, özümüzə təskinlik verəcəyik. Avrokubokların təsnifat mərhələsindən sonra da UEFA azərbaycanlı hakimlərin varlığını unudacaq. Bir sözlə, azərbaycanlı hakimlərin həyatı əvvəlki axarı ilə davam edəcək. Bunu gözəl başa düşürük. Amma bir sual ürəyimizi deşir: “Bunun üçün mütləq hakimlərimizə əcnəbi rəhbərlik etməliydi, yerli rəhbərlə bu çərxi-fələk dövran etməyəcəkdi?”

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

12-06-2024, 11:0

Fernandu Santuş millimizin baş məşqçisi oldu

Ölkə futbolu

15-06-2024, 10:0

Santuş daha bir neçə idman obyekti ilə tanış oldu

Dünya futbolu

13-12-2022, 09:0

"Santuş Ronaldoya xəyanət etdi" - Tanınmış nəşr

Aktual / Ölkə futbolu

30-07-2024, 14:0

Fernando Santoş Bakıya bu gün gələcək

Ölkə futbolu / Manşet

2-07-2024, 23:0

Santuş Bakıya daha bir Santuş gətirdi, amma yenə vətəninə dönür – niyə?

Ölkə futbolu

12-06-2024, 13:0

AFFA Santuşun təqdimatını nə vaxt keçirəcək?

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 238
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə