Millimiz Qazaxıstanla üz-üzə gələcək

4.05.2026 15:11
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18.00-da başlanması nəzərdə tutulur.

Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.