Fernando Santoş Bakıya bu gün gələcək

30.07.2024 14:33 374
Aktual / Ölkə futbolu
Ölkəmizin futbol yığmasının yeni baş məşqçisi Fernando Santuşun ilk köməkçisinin müəyyənləşdiyini xəbər vermişdik.

İyulun əvəllərində Bakıya gələn portuqaliyalı mütəxəssis həmyerlisi Rikardo Santuşu da gətirmişdi. Vaxtilə millimizinin çalışdırıcısı ilə “Beşiktaş”da çiyin-çiyinə işləmiş Rikardo AFFA ilə 4 illik müqavilə imzalayıb, ölkəsinə qayıtdı. Santoşun digər köməkçisinin adı isə hələ məlum deyil. Yəni namizədin Arif Əsədov olub-olmadığı ayın sonlarında dəqiqləşməliydi. Bu yaxınlarda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli "football-plus.az"a verdiyi açıqlamada “iyulun 28-dən artıq köçür Bakıya, burda yaşayacaq. Köməkçiləri ilə bağlı məlumatı da böyük ehtimalla ayın sonunda açıqlayacağıq” demişdi.

Lakin portuqaliyalı mütəxəssisin səfəri təxirə salınıb. Hər hansı qeyri-adi hadisə baş verməsə, o, bu gün Bakıya uçacaq. Hələ ki AFFA baş məşqçinin köməkçilərilə bağlı yekun informasiya paylaşmayıb.

RÖYANƏ OĞUZ