Santuş Bakıya daha bir Santuş gətirdi, amma yenə vətəninə dönür – niyə?

2.07.2024 23:59 1 145
Ölkə futbolu / Manşet
Millimizin baş məşqçisi Fernando Santuşun bu gün Bakıya təşrif buyuracağını yazmışdıq.

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin “Football-plus.az”a verdiyi məlumata görə, mütəxəssis artıq paytaxtdadı. Portuqaliyalı ölkəmizə köməkçisi Rikardo Santuşla birgə ayaq basıb:

“Məsələ dəqiqləşən kimi məşqçilər korpusunda hansı yerli və əcnəbi mütəxəssislərin olacağıyla bağlı əlavə məlumat veriləcək. Hələ ki Fernando Santuş tanışlıq məqsədilə daha bir neçə idman qurğusunu ziyarət edəcək. Daha sonra yenidən ölkəsinə qayıdıb iyulun sonlarında həm özü, həm də köməkçilərinin ailəsiylə birgə Bakıya köçəcəklər”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul