Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Bakıda daha bir neçə idman obyektləri ilə tanış olub.
"Football-plus.az” xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə “Azərsun Arena”, “Qarabağ”ın bazası, daha sonra “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzindəki son durumla, eyni zamanda AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, Fernandu Santuş iyunun 13-də “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.