“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab

28.04.2026 21:53 138
Ölkə futbolu / Aktual
Mövsümün sonunda “Şamaxı”da baş məşqçi dəyişikliyi olacağına şübhə yoxdu. Ayxan Abbasov oyunsonrası mətbuat konfranslarında tezliklə “şirlər”dən ayrılacağını dəfələrlə dilə gətirib.
Amma klub rəhbərliyi bu reallıqla barışmaq istəmir. Daha doğrusu, hər dəfə müraciət edəndə mövsümün sonunda Ayxan Abbasovla danışıqlar olacağını, yeni müqavilə təklif edəcəklərini deyirlər.

Klubun idman direktoru Kamran İsmayılov “Football-plus.az”a bu dəfə də eyni cavabı verib. O, başqa məşqçilərin gəlmək ehtimalından da danışıb:

“Mediada yeni məşqçilərin adları hallandırılır. Mətbuatı oxuyuram, oxuya-oxuya təəccüblənirəm (gülür). Ayxan Abbasovla məsələyə rəsmi şəkildə nöqtə qoyulandan sonra məlumat verəcəyik”.

Klub rəsmisi gələn mövsüm üçün planlarından da danışdı:

“Təəssüf ki, bugünə olan reallığa görə hədəf eyni – elitada qalmaq olacaq. Pul hər şeyi yox, çox şeyi həll edir. Maliyyə durumu ilə bağlı hazırda yenilik yoxdu. Hər gün, hər an yenilik ola bilər. Mövsüm başlamamış büdcədə dəyişiklik olsa, hədəflərdə dəyişiklik ola bilər”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul