• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığmanın baş məşqçisi: “Bəzi məsələlərdə biz Türkiyədən geri qalırıq” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

9-06-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Qadın futbolu daim diqqət mərkəzində saxladığımız sahələrdəndi. Bu baxımdan qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarını da yaxından izləyirik. Türkiyə millisi üzərində 1:0 hesabıyla qələbə qazanan millimiz diqqətləri üzərinə çəkməyi bacardı. Biz də milli komandayla yanaşı, “Neftçi”nin qadınlardan ibarət komandasını çalışdıran və sona çatan mövsümdə bu komandayla Yüksək Liqanın çempionu olan Siyasət Əsgərovla söhbətləşməyi lazım bildik.

- Siyasət bəy, əvvəlcə istərdim ki, Türkiyə ilə oyun barədə danışaq. Bu iki oyun sizin üçün nə ilə yadda qaldı? Nəticə sizin üçün gözlənilən idimi?
- Son iki oyunu dəyərləndirərkən onu deyə bilərəm ki, bizim üçün iki fərqli oyun oldu. Düşünürəm ki, səfərdə 0:1 hesabıyla uduzduğumuz qarşılaşmadan da xalla qayıda bilərdik. Planımız da belə idi. Təəssüflər olsun ki, hakimlərin bəzi qərarları, xüsusən də penalti epizodu nəticəyə təsir etdi. Həmin penaltiyə gəlincə, onu deyə bilərəm ki, bu epizoddan bir neçə dəqiqə əvvəl rəqib komandanın futbolçusunun əlinə top dəymişdi, amma hakim oyunu davam etdirdi. Düşünürəm ki, Türkiyə millisinin azarkeşlərinin təzyiqi hakimin qərarlarına təsir etdi. Ümumi götürəndə isə hər şeyi hakimlərin üzərinə atmaq olmaz. Bizim də səhvlərimiz var idi. Xüsusən də birinci hissədə qarşıya qoyulan məqsədə nail ola bilmədik. Amma ikinci hissədə vəziyyət fərqli idi. Penalti qolundan sonra ritmdən düşdük, məğlubiyyət qaçılmaz oldu. O ki qaldı ikinci oyuna, vaxtımız az olsa da, yaxşı hazırlaşa bildik. Qələbədən başqa şansımız yox idi. Bizi heç 1 xal da qane etmirdi. Bakıdakı oyunda fərqli sistemlə oynadıq. Komandama böyük təşəkkür düşür. Rəqibdən xeyli üstün oynadıq. Bu da özünü nəticədə göstərdi. Üzüldüyüm bir məqam var ki, ilk oyundan heç olmasa, bir xalla qayıda bilmədik. Bunu bacarsaydıq, iki oyunun nəticəsinə görə bizim üçün daha yaxşı hesab olunardı.

Yığmanın baş məşqçisi: “Bəzi məsələlərdə biz Türkiyədən geri qalırıq”


- Siz asağı yaş üzrə milli komandalarla da fərqli illərdə 4 dəfə UEFA İnkişaf Kubokunun qalibi olmusuz. Bundan başqa, həmin millilərlə Elit Mərhələyə vəsiqə qazanmısız. Hazırda isə U-17 millimiz həm Avropa cempionatının secmə mərhələsində, həm də İnkisaf turnirində qrup sonuncusu oldu. U-17 millisinin oyunlarına nəzarət edirsizmi? Ümumiyyətlə, bu nəticələr haqda nə deyə bilərsiz?
- Aşağı yaş milliləri ilə bağlı sualınızda müəyyən qədər haqlı məqamlar var. Mən U-15, U-17 millilərində işləyəndə daha yaxşı nəticələr qazanırdıq. İnkişaf turnirlərində qalib olmuşduq, elit səviyyəyə də yüksəlmişdik. Sizə bir şeyi deyim ki, biz U-17 yığmasıyla Elit raunda gedəndə düşündüyümüz, planlaşdırdığımız komandayla gedə bilmədik. Ondan sonrakı yaş qrupuyla getdik. Bizim hazırladığımız komanda isə U-19 komandalarının mübarizəsinə getdi. O ki qaldı nəzarətə, biz nəzarət etsək də, həmin komandaların öz baş məşqçiləri var. Bizim əsas məqsədimiz həmin yığmalardakı istedadlı qızları itirməməkdi. Onları nəzarətdə saxlayırıq. U-17 millimizin iki üzvünü, U-19 komandasından isə iki futbolçunu elit məşqlərə dəvət etmişik ki, həmin o istedadlı futbolçuları itirməyək.

- Uzun müddət Türkiyədə qadın futbolu sahəsində çalışmısız. Necə düşünürsüz, biz qadın futbolunda Türkiyədən çoxmu geri qalırıq?
- Bəli, şükürlər olsun ki, o təcrübəni qazanmaq mənə nəsib oldu. Bir mövsümü tam şəkildə, digər mövsümü isə yarımçıq formada Türkiyədə işlədim. Bir Superliqa komandasıyla çempionluq yaşadım, Çempionlar Liqasına getdik. Çox gözəl hisslər idi. Amma geri qalmağımızla bağlı onu deyə bilərəm ki, Türkiyədə qadın futboluna böyük yatırımlar var. Kütləvilik çoxdu. Bu kütləviliyin fonunda da xeyli istedadlı futbolçu çıxır. Ona görə də Türkiyənin qadın futbolu iri addımlarla irəliləyir. Bəli, biz bəzi məsələlərdə onlardan geri qalırıq. Əsasən də keyfiyyətdə və kütləvilikdə geridəyik. Bizim liqanın səviyyəsi də geridədi. Onların liqası son illərdə xeyli inkişaf edib. Amma biz də inkişaf yolundayıq. Çempionatımızı gücləndirməliyik. Bizim çempionatımıza da xaricdən keyfiyyətli futbolçular gəldikcə çempionatın səviyyəsi yüksələcək.

- Milli ilə yanaşı, “Neftçi”nin də qadın komandasına rəhbərlik edirsiz. Bu isə Azərbaycanda qadın futbolunun vəziyyətini daha yaxşı öyrənməyinizə kömək edir. Bu gün biz qadın futbolunun vəziyyətini necə qiymətləndirə bilərik?
- Türkiyədən qayıdandan sonra “Neftçi” rəhbərliyindən təklif aldım. Klub rəhbərliyinin qadın futbolu ilə bağlı çox gözəl fikirləri var idi. Mən də düşündüm ki, klub olaraq, Azərbaycanı təmsil etməklə çox gözəl nəticələr əldə edə bilərik. Bizim qadın futbolunda hazırda çatışmayan məqamlardan biri də səviyyəli mütəxəssislərin azlığıdı. Çünki klublardan milliyə futbolçular gəlir. Gərək klublarda yaxşı məşqçilər işləsin ki, həmin futbolçuları inkişaf etdirsinlər. Mən də düşündüm ki, müəyyən bir təcrübəm varsa, bu təcrübəmlə fayda verim. “Neftçi”də həm əsas millidə, həm də aşağı yaş qruplarında oynayan futbolçular var. Düşünürəm ki, təcrübəm futbolçularımızın xeyrinə oldu. Milliyə namizəd futbolçularla xüsusi diqqətlə yanaşmalıyıq. Klublarımız qadın futboluna diqqəti artırmalıdılar. Bunu həyata keçirə bilsək, yaxın illərdə nəticəsini görə bilərik.



- Sözsüz, inkişaf etməkdə olan bir komandanın problemləri də olur. Siz hansı problemlərlə qarşılaşırsız? Onları necə həll etməliyik?
- Bizim qızların əksəriyyəti xarici klublarda oynayır. Çalışırıq ki, onların hamısını nəzarətdə saxlayaq. Əsas problemlərdən biri zədələr olur. Keyfiyyətli futbolçularımız azdı. O futbolçular həm millidə, həm də klublarda daim oynayanda zədələr də qaçılmaz olur. Komandamız da hələ gəncdi. Futbolçularımızın əksəriyyəti gənclərdən ibarətdi. Ona görə də əsasən oyun bir neçə futbolçunun üzərində qurulur. Zədələrdən qaçmaq əsas arzumuzdu. Bir də istəyirik ki, millinin üzvləri öz klublarında daim oynasınlar ki, inkişaf etsinlər. Mən qızlara tapşırıram ki, öz klublarının məşqlərində daim özlərini göstərməyi bacarsınlar ki, məşqçilər də onlara güvənsinlər. İki qızımız Yunanıstanda oynayır. Türkiyə, Rusiya və Qazaxıstan klublarında oynayan qızlarımız var. Çalışırıq ki, komandamız üçün daim yaxşı olsun. Türkiyədə çempionat mayın 5-də bitmişdi. Ona görə də məcbur olub mayın 20-də toplandıq. Daha tez toplanmaq da mümkün olmadı. Qızların hamısını uzun müddət kampda saxlamaq olmur. Çünki hər biri yetkin insandı. Bunları da nəzərə almaq lazımdı. Bu müddət ərzində onlara xüsusi proqram verirdik ki, çalışsınlar. Zamanla bu çətinliklərin öhdəsindən gələcəyimizə inanıram.

AMAL ABUŞOV



Yazı Azərbaycan RespublikasıNIN Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-12-2023, 10:0

"Fomget" Siyasət Əsgərovla yollarını ayırdı

Yığma

5-03-2024, 17:0

"Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq" - Siyasət Əsgərov

Yığma

15-12-2023, 14:0

Qadın futbolçulardan ibarət millimiz irəlilədi FİFA reytinqi

Ölkə futbolu

31-10-2023, 10:0

Qadın futbolçulardan ibarət millimiz Monteneqro ilə üz-üzə

Yığma

13-03-2023, 12:0

Qadın futbolçulardan ibarət millimiz Türkiyə yığması ilə üz-üzə gələcək

Yığma / Manşet

1-04-2024, 15:0

“Məqsədimiz hər iki oyunda minimum 1 xal qazanmaqdı” – Siyasət Əsgərov nəyə sevinir?

Aktual
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
Son xəbərlər
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 236
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə