"Araz-Naxçıvan" futzal üzrə yüksək liqanın dünən keçirilən 20-ci tur matçında lider "Neftçi"ni məğlub etdi (5:2). "Qırmızı-ağlar" bu qələbə sayəsində 20-ci dəfə ölkə çempionu oldu. Son çempionluqla bağlı fikrini öyrənmək üçün naxçıvanlıların vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik.
Onun "Football-plus.az"a cavabı:
"Çox çətin oyun keçirdik. Əvvəl hesabda 0:2 geri düşdük. Lakin şükürlər olsun ki, həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı. Ardıcıl qollar vuraraq layiqli qələbə qazandıq və çempion olduq. Rəqib üçüncü qolu buraxandan sonra çaşqınlıq yaşadı. Təbii ki, daha təcrübəli olan "Araz-Naxçıvan" bu fürsəti əldən verə bilməzdi. Komandada mən başda olmaqla hamı - rəhbərlik, məşqçilər heyəti, futzalçılar çempion olacağımıza inanırdıq. Belə də oldu".
Xatırladaq ki, mövsümü "Neftçi" gümüş, "Baku Fire" bürünc medallarla başa vurdu.
KƏNAN BAHADIR