Qadın futbolçulardan ibarət millimiz Monteneqro ilə üz-üzə

31.10.2023 10:00 219
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaq.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız 4-cü turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.