“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra

16.05.2026 22:07 208
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 32-ci turunun mərkəzi oyunu Masazırda olacaq: “Sabah” “Neftçi”ni qəbul edəcək. Tərəflərin ilk dövrədəki oyunu “sülh”lə başa çatmışdısa, ikinci qarşılaşmada “Sabah” meydandan qələbə ilə ayrılmışdı.

“Neftçi”nin 3 illik həsrətə son qoymasının vaxtı çatıb. Bu derbidə qələbə “ağ-qaralar”ın avrokuboklara vəsiqəsini rəsmiləşdirəcək. “Sabah”ın çempionluğu “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsindən sonra dəqiqləşmişdi. İndi də əsl şansdı ki, flaqman elə “Sabah”ı məğlub edib, istəyinə nail olsun. “Bayquşlar” “qartallar”la oyundan sonra yorğundu, çempionat üçün də motivasiyası yoxdu. Düzdü, "Neftçi” adı Azərbaycan futbolunda istənilən oyunçuya səbəbsiz motivasiyadı.

Yuri Vernidub indiyə qədər komandanı “Sabah”a qarşı meydana çıxarmayıb. 5 illik həsrətə son qoyan - “Qarabağ”ı məğlub edən ukraynalı bu dueldən də qalib ayrılmalı, “Sabah”a “bu şəhər ikimizə dar” deməlidi. Özünün dediyi kimi: başqa yol da yoxdu.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul