Benjamin Pavarın aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının müdafiəçisi icarə müqaviləsinin müddəti sona çatdıqdan sonra “Marsel”dən ayrılacaq və “İnter”ə qayıdacaq. 30 yaşlı futbolçu bu haqda İnstaqram hesabında paylaşım edib.
O, Fransa çempionatının yenicə sona çatan mövsümündə “Marsel”in heyətində keçirdiyi 27 matçda 1 qol vurub.