Qadın futbolçulardan ibarət millimiz Türkiyə yığması ilə üz-üzə gələcək

13.03.2023 12:58 275
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma aprelin 8-də və 11-də Türkiyə yığması ilə qarşılaşacaq.

Hər iki görüş “Dalğa Arena”da olacaq. Matçlar saat 16:00-da başlayacaq.