Klub futbolunda mövsüm sona yaxınlaşır. Yavaş-yavaş diqqətlər dünya çempionatına yönəlir.
"Football-plus.az" xəbər verir ki, Mundialın bir çox iştirakçısı geniş heyəti açıqlayıb. Dünən belə komandaların sırasına Türkiyə də qoşuldu.
24 ildən sonra ''ay-ulduzlular''ı dünya çempionatına daşıyan italiyalı mütəxəssis Vinçentso Montella tərəfindən müəyyənləşdirilmiş 35 nəfərlik geniş siyahı bəlli olub. Siyahı Türkiyə Futbol Federasiyasının rəsmi saytında yerləşdirilib. Ora adı düşməyən diqqətçəkən isimlərdən ''Beşiktaş''lı Əmirhan Topçu, ''Lill''in qapıçısı Berke Özər, ''Qalatasaray''ın maraq dairəsində olan ''İstanbul BŞ''nin forvardı Bertuğ Yıldırım, ''Bornmut''lu Enes Ünal, eləcə də icarə əsasında ''Kalyari''də çıxış edən ''Beşiktaş''lı Semih Kılıçsoyu qeyd etmək olar.
35 nəfərlik geniş siyahını sizə təqdim edirik: qapıçılar - Uğurcan Çakır (Qalatasaray), Altay Bayındır (Mançester Yunayted), Ərsin Destanoğlu (Beşiktaş, Mərt Günok (Fənərbaxça), Muhammed Şengezər (İstanbul BŞ); müdafiəçilər - Əbdülkərim Bardakcı, Ərən Elmalı, Kaan Ayhan (hamısı ''Qalatasaray''), Ahmetcan Kaplan (Neymegen), Çağlar Söyüncü, Mərt Müldür (hər ikisi ''Fənərbaxça''), Fərdi Kadıoğlu (Brayton), Merih Dəmiral (Əl-Əhli), Mustafa Eskihellaç (Trabzonspor), Ozan Kabak (Hoffenhaym), Samet Akaydın (Çaykur Rizəspor), Yusuf Akçiçək (Əl-Hilal), Zəki Çəlik (Roma); yarımmüdafiəçilər - Hakan Çalhanoğlu (İnter), Arda Gülər (Real), Atakan Karazor (Ştutqart), Dəmir Efe Tıknaz (Braqa), Aral Şimşir (Midtyullan), İrfan Can Kahveci (Kasımpaşa), İsmayıl Yüksək, Oğuz Aydın (hər ikisi ''Fənərbaxça''), Yusuf Sarı (İstanbul BŞ), Orkun Kökçü (Beşiktaş), Salih Özcan (Borussiya D), Can Uzun (Ayntraxt F), Yunus Akgün (Qalatasaray); hücumçular - Barış Alpər Yılmaz (Qalatasaray), Kərəm Aktürkoğlu (Fənərbaxça), Kənan Yıldız (Yuventus), Dəniz Gül (Portu).