• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL

Dünya futbolu

Bu gün, 12:16

Bundesliqanın son turunda intriqa yalnız ÇL-ə sonuncu vəsiqə və elitada qalmaq uğrunda yaşanırdı.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm rəqiblərini sanki top atəşinə tutan “Bavariya” motivasiyasız olmasına baxmayaraq, “Köln”ə də rəhm etmədi. Münhen nəhəngi bu mövsüm bundesliqada 9-cu dəfə bir oyunda ən azı 5 qol vurdu! Formal xarakter daşıyan daha bir qarşılaşmada Dortmund “Borussiya”sı Bremeni fasilədən sonra vurduğu qollarla fəth etdi. Avropa Liqasının finalına hazırlaşan “Frayburq”un bürünc medalları təmin edən “Leyptsiq”i darmadağın etməsi diqqəti çəkdi. Bu, “Frayburq”un noyabrdan bəri ilk böyükhesablı qələbəsi oldu.

Maraqlıdı ki, 4-cü pilləyə namizəd olan iki komandadan heç biri qalib gələ bilmədi. “Hoffenhaym”ın, ümumiyyətlə, motivassiyasız Münhenqladbax “Borussiya”sı önündə pərən-pərən düşməsi turun əsas sürprizi oldu. Halbuki “kəndçilər” qalib gəlsəydilər, mövsümü 4-cü pillədə bitirəcəkdilər. Çünki “Ştutqart” Frankfurtda iki topluq üstünlüyü əldən verərək yalnız heç-heçə ilə kifayətlənməli oldu. Hərçənd “Hoffenhaym” artıq çarəsiz durumda olmasaydı, bəlkə heç “Ştutqart” da qələbəni əldən verməzdi. İsənilən halda ÇL-ə son vəsiqə şvabiyalılara qismət oldu. “Bayer-04” son turda evdə “Hamburq”la “sülh”ə razı oldu. “Hoffenhaym”la “Bayer-04” gələn mövsüm Almaniyanı Avropa Liqasında, “Frayburq” isə ən azı Konfrans Liqasında təmsil edəcək. “Frayburq”un ÇL-də oynamaq şansı da davam edir. Bunun üçün AL-in finalında “Aston Villa”nı yenmək tələb olunur.

Son həftələrdə böyük yüksəlişə nail olan “Haydenhaym” gözlənilmədən evdə motivasiyasız “Maynts-05”ə uduzmaqla elita ilə vidalaşmalı oldu. Qayadan yuvarlanmaq üzrə olan “Volfsburq” isə “Sankt Pauli” səfərində bəlkə də mövsümün ən vacib qələbəsini qazanaraq pley-offa vəsiqə əldə etdi. “Sankt Pauli” elitanı tərk edən ikinci komanda oldu. “Volfsburq” isə pley-offda 2-ci bundesliqanın üçüncüsü, yəni “Paderborn” ilə qüvvəsini sınamalı olacaq.

34-cü tur
Bavariya – Köln 5:1
Keyn, 10; 13; 69. Bişof, 22. Cekson, 83 – Əl-Mala, 18. (75000)
Bavariya: Noyer (Urbiq, 60), Laymer (Stanişiç, 46), Upamekano, Ta, Bişof, Kimmix, Qoretska (Cekson, 83), Karl (Olise, 61), Musiala (Gerreyro, 70), Dias, Keyn.
Verder – Borussiya D 0:2
Girassi, 59. Kouto, 90+5. (42000)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 88), Reccyani, Anton, Şlotterbek, Svensson, Nmeça, Bellingem (Adeyemi, 83), İnasio (Çukvuemeka, 70), Bayer (Brandt, 70), Girassi (F.Silva, 83).
Bayеr-04 – Hamburq 1:1
Kuansa, 78 – Vieyra, 61. (30210)
Bayer-04: Flekken, Kalbret (Artur, 62), Kuansa, Andrix (Ben Segir, 62), Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya (Vaskes, 84), Maza, Tillmann (Hofmann, 62), Şik.
Ayntraxt F – Ştutqart 2:2
Burkardt, 72; 90+2 – Andres, 10. Narti, 45+4. (59400)
Ştutqart: Nübel, Levelinq, Hendriks, Şabo, Mittelştadt (Jak, 73), Fürix (Vaqnoman, 73), Andres, Ştiller, Narti (Yeltş, 87), Demiroviç (Tomas, 86), Dəniz Undav.
Frayburq – Leyptsiq 4:1
Beste, 24. Matanoviç, 26. Ginter, 47. Şerhant, 75 – Uedraoqo, 33. (33600)
Leyptsiq: Qulaçi, Henrixs (Baku, 63), Orban, Lukeba, Finkqrafe, Baumqartner, Uedraoqo, Zayvald (Qomis, 73), Diomande (Bayakoyo, 80), Qruda (Nusa, 63), Harder (Romulo, 73).
Borussiya M – Hoffenhaym 4:0
Bolin, 14. Tabakoviç, 23. Diks, 81. Hak, 90+1. (53033)
Union – Auqsburq 4:0
İliç, 10; 42. Şafer, 54. Con Vu Yon, 89. (22012)
Sankt Pauli – Volfsburq 1:3
Sisey, 57 – Kulierakis, 37. Vasil, 64-öz qapısına. Peyçinoviç, 80. (29546)
Haydenhaym – Maynts-05 0:2
Tits, 7. Əmiri, 43. (15000)

yekun cədvəl
1. Bavariya 34 28 5 1 122-36 89
2. Borussiya D 34 22 7 5 70-34 73
3. Leyptsiq 34 20 5 9 66-47 65
4. Ştutqart 34 18 8 8 71-49 62
5. Hoffenhaym 34 18 7 9 65-52 61
6. Bayer-04 34 17 8 9 68-47 59
7. Frayburq 34 13 8 13 51-57 47
8. Ayntraxt F 34 11 11 12 61-65 44
9. Auqsburq 34 12 7 15 45-61 43
10. Maynts-05 34 10 10 14 44-53 40
11. Union 34 10 9 15 44-58 39
12. Borussiya M 34 9 11 14 42-53 38
13. Hamburq 34 9 11 14 40-54 38
14. Köln 34 7 11 16 49-63 32
15. Verder 34 8 8 18 37-60 32
16. Volfsburq 34 7 8 19 45-69 29
17. Haydenhaym 34 6 8 20 41-72 26
18. Sankt Pauli 34 6 8 20 29-60 26

Bombardirlər: Keyn (Bavariya) – 36, Dəniz Undav (Ştutqart) – 19, Girassi (Borussiya D) – 17, Şik (Bayer-04) – 16.

Turun rəqəmi
122 – bunu tək turun yox, bütövlükdə mövsümün rəqəmi də adlandırmaq olar. “Bavariya” mövsümü 122 qolla tamamladı. “İsti-isti” bəlkə də bunun necə böyük bir göstərici olduğunu dərk etmək olmur. Amma bütün mövsümü orta hesabla hər oyuna 3,5 qol ilə tamamlamaq həqiqətən də fenomenal uğurdu. Bundesliqanın əvvəlki rekordu (1971/72, 101 qol) 50 ildən çox yaşadısa, bu rekordun neçə il davam edəcəyini təsəvvür etmək belə çətindi. 122 qol XXI əsrdə bütövlükdə “böyük beşliy”in yeni rekordudu. Əvvəlki ən yaxşı göstərici 2010/11-də La Liqanı (38 oyuna) 121 qolla tamamlayan Joze Mourinyonun “Real”ına məxsus idi. “Böyük beşlik” tarixində isə “Bavariya” ikinci pilləyə yüksəldi. Yalnız 1947/48-də “Torino” (40 oyuna) bundan daha çox – 125 qol vurub.

Turun ulduzu
Harri Keyn (Bavariya) – ingiltərəli “qol maşını” mövsümü 4-cü het-triklə tamamladı. O, Almaniya karyerasında keçirdiyi 3 mövsümün hər birində bombardir olub! Keyn 2023/24-ü 36, 2024/25-i 26 qolla tamamlamışdı. Təcrübəli hücumçu bütün turnirləri nəzərə alsaq, cari “futbol ili”ndə 50 oyunda 58 qol vurub. Bu, “Bavariya” tarixinin yeni rekordudu. Levandovski 2019/20-də bütün turnirlərdə 55 qol vurmuşdu. Yeri gəlmişkən, Keyn həm də turnirin tarixində ən azı iki fərqli mövsümdə 36 qol həddinə çatan 2-ci futbolçu oldu. Daha öncə bunu (3 fərqli mövsümdə) Herd Müller bacarıb.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Bilirdim ki, final fitindən sonra üstümə çoxlu pivə tökəcəklər. Sürətdə futbolçularımı üstələyə bilmirəm. Ona görə də taleyimlə barışmalı oldum. Çempionluğu öncədən təmin etməyimizə baxmayaraq, bu gün meydanda öz oyun tərzimizi və enerjimizi nümayiş etdirməyə çalışdıq. Biz qələbələri, adətən, məhz belə qazanırıq. Yaxşı formadayıq və kubokun finalına tam hazırıq. Bu oyunu səbirsizliklə gözləyirik. Mövsümü müsbət əhval-ruhiyyədə tamamlamaq üçün mütləq kuboku da qazanmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

17-04-2026, 15:0

“Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

30-04-2024, 18:0

“Bayer-04” XXI əsrdə Avropa rekordunu yenilədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2024, 22:0

“Bayer-04” tarixi mövsümü məğlubiyyətsiz tamamladı! - TURUN ŞƏRHİ

Aktual
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
Son xəbərlər
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 235
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə