"Qarabağ" Misli premyer-liqasında mövsümün sonuncu - 33-cu turunda "Sumqayıt"ın qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi oyuna hazırlığı davam etdirir. Komandanın dünən baş tutan məşqində uzun müddətdi zədəli olan Bəhlul Mustafazadə ilə yeni transfer Jali Muaddib də iştirak edib.
"Sumqayıt" - "Qarabağ" qarşılaşması mayın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19.30-da başlanacaq.