• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl

Ölkə futbolu

19-05-2026, 23:0

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ"ın prezidenti Tahir Gözəl və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvlər komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Tədbir mövsümün yekunlarına həsr olunub. Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.

Tahir Gözəl “Qarabağ”ın mövsüm ərzində göstərdiyi ümumi performansı dəyərləndirib, komandanın həm ölkədaxili yarışlarda, həm də Çempionlar Liqasındakı çıxışının Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir “Qarabağ” izlədi. Komandamız il ərzində premyer-liqada yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. “Qarabağ”ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdı. O, “Qarabağ”ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridi”.

Klub prezidenti transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:

“Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadı. “Qarabağ” uzun illərdi planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdi. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”.

Tahir Gözəl gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, “Qarabağ”ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:

“Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə “Qarabağ”ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm “Qarabağ” üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq. “Qarabağ” olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm premyer-liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. “Qarabağ” yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdı”.

Sonda Tahir Gözəl klubun bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:

“Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdı. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha “Qarabağ” ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və “Qarabağ”ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm”.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb. O, “Qarabağ”ın Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib:

“Bu komandanın çəkisi çox ağırdı. Burdakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidi, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdı. Klubumuz etibarlı əllərdədi. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.

Tədbirin sonunda futbolçular çıxış edərək komandaya başa çatmaqda olan mövsümü dəyərləndirib, yeni mövsümdə uğurlar arzulayıblar. Onlar komandanın hədəflərinə çatması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-05-2025, 12:0

"Qarabağ" həmişə fərqli missiya daşıyıb" - Tahir Gözəl

Ölkə futbolu

8-04-2026, 13:0

"Qarabağ"da iclas keçirildi

Ölkə futbolu

1-05-2026, 13:0

Tahir Gözəl "Sabah"ı təbrik etdi

Ölkə futbolu

9-04-2026, 15:0

Tahir Gözəl "Azərsun Holdinq"in yeni rəhbəri oldu

Ölkə futbolu

14-12-2025, 17:0

Tahir Gözəl Əkbərlə görüşdü

Aktual

21-08-2024, 00:0

Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşdü

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə