"Fomget" Siyasət Əsgərovla yollarını ayırdı

26.12.2023 10:31 189
Dünya futbolu
Türkiyənin qadın futbolçulardan ibarət "Fomget" klubu baş məşqçi Siyasət Əsgərovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azərbaycanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Fomget" ötən mövsüm Siyasət Əsgərovun rəhbərliyi altında Türkiyə çempionu olub. Paytaxt klubu cari mövsümdə 14 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider "Fənərbaxça"dan 7 xal geridədi.