“Barselona” La Liqada yeni rekord müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, Kataloniya klubu 37-ci turda “Betis”i 3:1 hesabı ilə məğlub edərək unikal göstəriciyə nail olub. Hans-Diter Flikin komandası 38 oyunluq mövsüm formatında La Liqa tarixində evdə keçirdiyi 19 matçın hamısında qalib gələn ilk komanda olub. Əvvəlki rekord 1985/86 mövsümündə evdə 17 qələbə ilə “Real”a məxsus idi.
“Barselona” bu mövsüm 37 oyundan sonra 31 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə çempionluğu rəsmiləşdirib.