Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı

20.05.2026 14:59 94
Ölkə futbolu
Qadın futbolu üzrə Yüksək Qızlar Liqasının 2026/27 mövsümündə iştirak etmək istəyən yeni klublar üçün müraciət qəbulu başlayıb.

"Football-plus.az" xəbər verir ki, federasiyanın bayrağı altında keçiriləcək yarışa qoşulmaq istəyən klubların müraciətləri 20-29 may tarixləri arasında qəbul olunacaq.

Komandalar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin elektron poçt ünvanına göndərməlidi. Müraciətlər girls.league@affa.az ünvanı vasitəsilə qəbul ediləcək.

Yüksək Qızlar Liqasında iştirak üçün müraciət edən yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü də tətbiq olunacaq. Bu prosesi uğurla tamamlayan klublar 2026/27 mövsümündə yarışda iştirak hüququ qazanacaq.