Qadın futbolçulardan ibarət millimiz irəlilədi FİFA reytinqi

15.12.2023 14:33 210
Yığma
Qadın futbolçulardan ibarət millimiz FİFA reytinqində iki pillə irəliləyib.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Yığma əvvəlki reytinqdə 78-ci olub.

Qeyd edək ki, Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən millimiz 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.