• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” artıq Avropada orta səviyyəli komanda statusundan bir az yuxarı pilləyə yüksəlib”

Manşet / Avropa Liqası

18-03-2024, 16:0

“Bayer-04” – “Qarabağ” oyununun ilk yarısında meydan sahiblərinin üstünlüyü aşkar idi. Lakin imkanların dəyərləndirilməməsi hissənin qolsuz bərabərliklə başa çatmasına səbəb oldu.

İkinci yarıda isə Qurban Qurbanovun yetirmələri fəallaşdı. Bu fəallıq sayəsində rəqibi əks-hücumda yaxalıb ilk qolu vurduq. Təəssüf ki, Elvin Cəfərquliyevin qırmızı vərəqə almasıyla “köhlən atlar” 30 dəqiqədə azlıqda oynamağa məcbur oldu. 70-ci dəqiqədən sonra sanki bəxt də bizdən üz döndərdi. Bəs oyunun qırılma nöqtəsi hansılar idi? Bu oyuna fiziki cəhətdən nə dərəcədə hazır idik? Eyni zamanda qırmızı vərəqədən sonra komandanın tədricən müdafiəyə çəkildiyini, 2-ci topu vurandan sonra isə tam müdafiədə “oturduğunu” gördük. Görəsən, başqa yolu var idi? Bütün bu məqamları mütəxəssislərlə birgə müzakirə etdik.

Aslan Kərimov:

“Hesab edirəm ki, əsl futbol həyəcanı yaşadıq. Bu oyundan öncə də azarkeşlərə nəticədən asılı olmayaraq, qarşılaşmadan həzz almağı məsləhət görürdüm. Ən azı böyükhesablı məğlubiyyət olmayacağını fikirləşirdim. Həm də Bakıdakı oyundan sonra “Qarabağ”ın Almaniyada da qol vurmaq şanslarının olacağını bilirdik. Bu görüşün Bakıdakı oyunun 2-ci hissəsindəki kimi davam edəcəyini deyirdik, belə də oldu. İki top fərqlə önə keçdiyimiz vaxtda yenidən geri düşdük. Bəlkə də matçın qırılma nöqtəsi kimi Elvin Cəfərquliyevin aldığı qırmızı vərəqəni göstərmək olar. Ancaq ümumi dəyərləndirsək, birinci hissədə texniki tərəfdən rəqib bizi bir az çaşdırdı. Yəni hər dəfə 3 mərkəz müdafiəçisiylə mübarizə aparan “Bayer-04” bu dəfə 2 mərkəz müdafiəçisiylə meydana çıxdı və orta xətdə daha çox futbolçu toplamağı bacardı. Bunun da sayəsində ilk yarıda, demək olar ki, bizə əməlli-başlı cəhənnəm yaşatdılar. Bu üzdən oynaya bilmədik. Cəmi 2-3 ötürmədən sonra top rəqibə keçir, almanlar istədiyi kimi top gəzdirirdi. Amma bu qədər üstünlük qurmasına rəğmən, qol vurmaq baxımından “aspirinlər” bir sıra çətinliklər yaşadı. Səhv etmirəmsə, 15-ci dəqiqəyə qədər qapımız qarşısında 5-6 qol imkanı yaratmışdılar. Hesab edirəm ki, “Bayer-04”ün futbolçusu Viktor Bonifas zədəli olmasaydı, bu oyunda iştirak etsəydi, vəziyyət başqa cür olardı. Çünki, o, həddən artıq qolçu hücumçudu. Bütün sadaladıqlarıma, müdafiəmizdə bir sıra səhvlərin olmasına rəğmən, ilk yarını 0:0 bitirə bildik. İkinci yarıda isə qol vurduq. Lakin qolu vuran kimi sanki meydanda açıldıq və bu zaman onlar həmin an müdafiənin arxasına topu göndərib qapıçıyla təkbətək çıxdılar. Nəticədə də qırmızı vərəqə aldıq. Qırmızı vərəqəni vermək də olardı, verməmək də. Buna görə hakimi qınaya bilməzsən. Belə vəziyyətdə “Elvin Cəfərquliyev Ceremi Frimponqa mane olmasaydı, onsuz da qol vura bilməyəcəkdi” demək mümkün deyil. Belə epizodları hakimin iradəsinə buraxırlar. Entoni Teylorun da qərarı qırmızı vərəqə oldu. Qarşılaşmaya təsir edən ən önəmli amillərdən biri də elə bu qırmızı vərəqə idi. Müdafiəyə çəkilməyimizə gəlincə, bu, iki qoldan sonra baş vermədi. Düşünürəm ki, elə ilk hissədən etibarən bizi müdafiəyə “oturtmuşdular”. Sadəcə, matçın bəlli zamanlarında rəqib oyunçularından hansısa mövqeyində boşluq verirdi və həmin boşluqlardan biz istifadə etdik. Bu boşluqlar matçboyu cəmi iki-üç dəfə oldu. Elə bunlardan da ikisini qola çevirdik. Amma qalan məqamlarda mənə elə gəlir ki, Qurban Qurbanov da, texniki heyət də geridə oturmaq istəmirdi. Sadəcə, sayca azlıqda qalmışdıq. Buna görə də məcburiyyətdən artıq 6 nəfər müdafiədə qalmalı olurdu. Çünki rəqib böyük qüvvə ilə irəli atılırdı. Futbolçuların keyfiyyəti o səviyyədə idi ki, ümumiyyətlə, topu ələ keçirmək və özündə saxlamaq baxımından “köhlən atlar” bir az aciz görünürdü. Doğrudu, qollar vurduq, iki top öndəydik, amma ötürmə baxımından rəqibdən həddən artıq geridəydik. İnanılmaz oyun nümayiş etdirdilər. Patrik Şik də meydana çıxan kimi üzərinə düşən vəzifəni artıqlamasıyla yerinə yetirdi. Məncə, “Bayer-04” haqlı qələbə qazandı. Çünki hər iki görüşdə bizdən üstün idilər. Bəli, burda maksimum nəticə əldə edə bilərdik, amma alınmadı. Belə oyuna baxıb həzz almağa dəyər. Düşünürm ki, azarkeşlər də bu qarşılaşmadan razı qaldı”.

Arif Əsədov:

“Matçın qırılma nöqtəsi, təbii ki, yenə də qırmızı vərəqənin verilməsi oldu. Belə komandalara qarşı 30 dəqiqə azlıqda oynamaq heç də asan deyil. Nəinki azlıqda, hətta tam heyətlə “Bayer-04”ə qarşı mübarizə aparmaq çox çətindi. Çünki rəqib bundesliqanın lideridi, sürətli futbol nümayiş etdirir. Həm fiziki, həm də konsentrasiya baxımından o qədər enerji lazımdı ki, qarşılaşmaya 90 dəqiqə dözəsən. Deməzdim ki, fiziki baxımdan çox böyük bir dinamika görünür. Sadəcə, həm Bakıdakı, həm də səfərdəki oyunda hardasa 70-75-ci dəqiqədən sonra fiziki çatışmazlıq özünü göstərirdi. Bəlkə də komandalar say baxımından bərabərə qalsaydı, heç belə olmayacaqdı. Hələ azlıqda olmasına rəğmən, Ağdam təmsilçisi qol vurursa, deməli, burda elə bir böyük fərq yoxdu. Sadəcə, yaralı yerimiz odu ki, “köhlən atlar” ölkə çempionatında belə dinamik görüşləri az keçirir. Heç olmasa, həftədə bir dəfə belə dinamik oyunlar keçirilsəydi, “Qarabağ” bu oyuna daha tez uyğunlaşa bilərdi. Necə ki, bir həftə əvvəl “Bayer-04”lə oynamışdı, artıq ikinci oyunda həmin dinamikanı qoruya bilirdi. Təbii ki, “Qarabağ” müdafiəyə çəkilməliydi. Çünki həm hesabda öndə idi, həm də azlıqda qalmışdı. Yəni bu normal haldı ki, əks-hücumlarda sən öz oyununu qurursan. Amma bir məqamı qeyd edim ki, “Qarabağ” rəqibini çox yaxşı təhlil etmişdi, “Bayer-04”ün güclü cəhətinin, yəni ortadan kiçik ötürmələrlə mərkəzi yarmaq cəhdlərinin qarşısını almışdı. Mərkəzdə sıxlıq yaradır, yığcam oynayaraq rəqibinə imkan vermirdi. Oyunu daha çox cinahlara yönəltmişdi. Əsas odu ki, “Qarabağ” bu səviyyədə oynadıqca çatışmayan cəhətini görür və təcrübə toplayır. Düşünürəm ki, “Qarabağ” artıq Avropada orta səviyyəli komanda statusundan bir az yuxarı pilləyə yüksəlib. Çünki top səviyyəli komandalarla mübarizə apara bilir. Bu, çox müsbət haldı. Top-komandaların ev oyunlarında, azarkeş dəstəyi altında həmişə ən vacib olan ilk 10-15 dəqiqədə dözməkdi. Çünki rəqib ilk dəqiqələrdən qol vurmaq üçün hücuma atılır. Təbii ki, “Bayer-04” qol vursaydı, daha rahat oynaya bilərdi. Amma 10-15 dəqiqə ərzində vura bilməyəndən sonra “köhlən atlar” əks-hücumlarda “aspirinlər”i silkələməyə başladı. Onlar isə həm həyəcanlanır, həm də tələsirdilər”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Qarabağ” 10 nəfərlə də “Kəpəz”dən güclüdü - REPORTAJ

Manşet / Avropa Liqası

22-02-2024, 18:0

“Köhlən atlar” elə əks-hücumlarda hesabı açacaq” – oyuna 3 saat qaldı!

Manşet / Avropa Liqası

24-02-2024, 23:0

“Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbə qazanacaqdı”

Manşet / Avropa Liqası

14-12-2023, 20:0

“Həkken” “Qarabağ”a necə mane ola bilər? – tarixi oyuuna 1 saat qaldı

Manşet / Avropa Liqası

19-02-2024, 16:0

“Braqa”nın futbolçuları üçün 2 topluq fərqi qaytarmaq mümkündü" - Mütəxəssis rəyi

Reportaj / Avropa Liqası

2-09-2023, 16:0

Qələbə yoxdu, amma qrup var! - REPORTAJ

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 221
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 189
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə