Mourinyo 13 ildən sonra Madridə qayıdacaq

20.05.2026 20:37 58
Dünya futbolu
Joze Mourinyonun yenidən İspaniyada çalışacağı ilə bağlı son günlər gəzən xəbərlər doğrulmaq üzrədi. Təcrübəli mütəxəssisin “Real”a təyinatı tezliklə rəsmiləşəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. O, tərəflərin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə danışıqlarda razılığa gəldiyini bildirib. Məlumata görə, Madrid klubu Mourinyonun hazırkı komandası “Benfika”ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün 3 milyon avro təzminat ödəyəcək. Daha əvvəl yayılan xəbərlərdə portuqaliyalı mütəxəssisin “kral klubu”nda transfer qərarlarında da söz sahibi olacağı bildirilmişdi.

Beləliklə, Mourinyo 13 ildən sonra Madridə qayıdacaq. O, “Real”ı ilk dəfə 2010-13-cü illərdə çalışdırıb. Komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb.

Yeri gəlmişkən, artıq “Benfika”nın yeni məşqçisi də müəyyənləşib. Lissabon klubu Marko Silva ilə anlaşıb. Portuqaliyalı mütəxəssisin mövsümün sonunda “Fulhem”i tərk edəcəyi gözlənilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul