• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbə qazanacaqdı”

Manşet / Avropa Liqası

24-02-2024, 23:0

Mütəxəssislərin fikrincə, qırılma nöqtəsi Elvinin meydandan qovulmasıdı

Srağagün “Qarabağ” “Braqa”nı Avropa Liqasının pley-offundan kənarlaşdırmaqla həm klub, həm də ölkə futbolu adına tarixi uğura imza atdı. Biz isə Portuqaliya təmsilçisi ilə oyunda yaşananları, prosesləri mütəxəssis gözü ilə aydınlaşdırmağa çalışdıq. 

Matçın qırılma nöqtəsi hansılar oldu? Əvəzetmələr oyuna nə kimi təsir göstərdi və ya göstərmədi? Futbolçulardan üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən oldumu? Eyni zamanda rəqibin oyun taktikası, sanki Lunyovin uzaqdan zərbələrdə çətinlik çəkdiyini təhlil etmələri və belə zərbələrə üstünlük vermələri və s. və i.a.

Bütün bu suallar ətrafında mütəxəssislərin fikirlərini öyrəndik.

Aslan Kərimov:

“Doğrusu, bu sualları cavablamaq istəməzdim. Çünki belə ağır qələbədən sonra oyunun hansısa texniki tərəfdən dəyərləndirmək doğru olmaz. Qarşılaşmanın qırılma nöqtəsinə gəlincə, məncə, qırmızı vərəqə idi. Bu vərəqədən sonra “Qarabağ”, demək olar ki, tam geri oturmalı oldu. Doğrudu, bütün azarkeşlər hissə qapılıb, həmin vərəqənin yanlış olduğunu düşünürdü. Fəqət Elvin Cəfərquliyev açıq-aşkar rəqibin ayağını tapdalayaraq ikinci sarı vərəqəni aldı. Yəni bu epizodda hakimi günahlandırmaq yalnız matçın həyəcanı ilə bağlıdı. Özümüz də matçı izləyəndə verdiyi cəzaya görə hakimi qınadıq. Ancaq epizodun axarına təkrar baxanda görürsən ki, bu aşkar sarı vərəqədi. Hakimlik prizmasından baxsaq, hansısa qərəzli qərarlar verdiyini düşünmürəm. Bəlkə də hansısa cüzi epizodlarda, mübahisəli məsələlərdə “Braqa”ya tərəf olurdu. Hətta “Braqa”nın  vurduğu bir qol da var idi ki, o da oyunçunun əlinə dəydi və ya dəymədi. Bu çox incə məqam idi ki, qolu da saymadı. Hakimliyin bu tərəfi də var idi. Ümumiyyətlə, matçın qırılma nöqtəsinin qırmızı vərəqə olduğunu düşünürəm. Digər məsələləri götürməli olsam, düşünmürəm ki, uzaqdan vurulan zərbələr olmamalıydı. Cinahlardan da cərimə meydançasına çox top qaldırırdılar. Uzaq dediyimiz də cərimə meydançasının daxilindən və ya azca aralıdan endirilən zərbələr idi. Yəni çox da uzaq deyildi. Hətta rəqibin bəzi vuruşları çox qeyri-dəqiq idi. Amma ümumilikdə “Braqa”nın da hücumda çox da yaxşı çıxış edə bilmədiyini deyərdim. Bunun da səbəbi “Qarabağ”ın arxa xətdə yığcam müdafiə olunmağı bacarması idi. Lakin qırmızı vərəqəyə qədər. O ki qaldı əvəzetmələrə, bununla bağlı nəsə demək doğru deyil. Onsuz da dəyişiləsi oyunçular azdı. Yəni meydana girib, oyunun taleyini dəyişə biləcək futbolçular az idi. Bunu bacaranların da meydanda olduğunu düşünürəm. Buna görə də hansısa oyunçunu günahlandırmaq və yaxud da hansısa oyunçunun üzərinə düşən vəzifəni yerinə yetirmədiyini demək - bu barədə danışmaq şəxsim adına düzgün olmazdı. Ümumiyyətlə, oyunu texniki baxımdan çox araşdırmaq olar. Üslub və buraxılan səhvlər baxımından danışmaq şəxsim adına yersizdi. Belə həyəcanlı matçda qələbə qolun yiyəsinin yerli oyunçumuz Nəriman olması bizim üçün hər şeydən dəyərlidi”.

Əfqan Talıbov:

“Oyunun əsas qırılma anı Elvinin qırmızı vərəqə alması oldu. Çünki buna qədər dominantlıq bizdə idi. Amma ikinci yarının böyük hissəsini azlıqda oynamaq məcburiyyətində qaldıq. Bu da öz növbəsində matçın taleyini əlavə vaxta qədər uzatdı. Rəqib iki topun əvəzini çıxa bildi. Bununla da yekun hesab bərabərləşdi, əlavə və gərgin 30 dəqiqə izlədik. Silvanın əlavə vaxtda vurduğu qolu bizi yenidən ümidləndirsə də, rəqibin hesabı 3:1 etməsi işimizi çətinləşdirdi. Nəhayət, ən sonda Nərimanın vurduğu qol rəqibin bütün ümüdlərini qırdı. Əvəzetmələrə gəlincə, vacib idi. Çünki rəqib say çoxluğuna malik idi. Hesab edirəm ki, vaxtında və düzgün dəyişikliklər oldu. Bütün oyunçulara alqış düşür. 10 nəfərlə oynayasan və hesabda 0:2 geri düşəsən, iradə nümayiş etdirib, pley-off mərhələsini adlayasan... Buna yalnız alqış və təbrik düşür. Mən “Braqa” komandasının heç bir taktikasını görmədim. Qırmızı vərəqə olmasaydı, “Qarabağ” rahat və nizam-intizamlı oyunu ilə qələbə qazanacaqdı. Amma etiraf edək ki, belə qazanılan qələbənin ayrı ləzzəti var”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

22-10-2023, 19:0

"Oyun keyfiyyəti bizdən də aşağı olan komandalar var ki, nəticə qazanırlar"

Ölkə futbolu / Manşet

31-01-2024, 14:0

Səbuhi Səfiyarlı “Qəbələ”yə döndü və problemi açıqladı

Premyer-liqa / Manşet

30-10-2022, 21:0

"Bu, oyunun qırılma ani idi" - Elmar Baxşıyev

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 147
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə