Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi keçirilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov rəhbərlik edib.