• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” 10 nəfərlə də “Kəpəz”dən güclüdü - REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

Şənbə günü lider “Qarabağ” səfərdə “Kəpəz”lə qarşılaşdı.

Hər iki komanda qış fasiləsindən sonra keçirdiyi ilk oyundan qalib ayrılmışdı. Demək olar ki, müqavimətsiz irəliləyən Ağdam klubu bu oyunun da aşkar favoriti idi. Lakin nəzərə alsaq ki, Adil Şükürovun gəlişindən sonra tərəqqi edən “Kəpəz” köhnə vaxtlarına qayıtmağa iddialıdı.

Sözü uzatmadan oyuna keçək. Qaşılıqlı pressinq şəraitində davam edən oyunun ilk dəqiqələrində topa nəzarət “Qarabağ”da idi. Fəqət Şükürovun yetirmələri də əks-hücum cəhdləri ilə rəqibi diqqətli olmağa məcbur edirdi. İlk təhlükəli vəziyyət 16-cı dəqiqəyə təsadüf etdi. Veşoviçin qapı qarşısına yerlə ötürməsini Nəriman qola çevirmək istəsə də, portuqaliyalı qapıçı səhvsiz oynadı. 40-cı dəqiqədə “köhlən atlar” növbəti dəfə qola yaxın oldu. Yeni transfer İsayevin De Brunyesayağı ara ötürməsini Keyta ram edə bilmədi. İlk hissənin sonuna yaxın Bədavi cərimə meydançası kənarından qapını yoxlasa da, zərbəsi heç bir təhlükə yaratmadı.

2-ci hissəyə ağdamlılar hücumlarla başladı, lakin meydan sahibləri müdafiədə qətiyyətli oynadılar. Bu hissədə ilk təhlükəli vəziyyət 60-cı dəqiqədə yarandı. Bu dəfə Almeydanın ara ötürməsindən sonra fərqlənmək istəyən Keytanın zərbəsində azacıq dəqiqlik çatmadı. Cəmi bir dəqiqə sonra əks-hücumda qapıçıyla təkbətək qalmasına rəğmən, Cica bərbad zərbə vurdu. Nəhayət, 72-ci dəqiqədə hesab açıldı. Standart vəziyyətdən sonra Quqeaşvilinin çıxışda səhvə yol verməsini Onanuqa bağışlamadı. Onun cərimə meydançası kənarından qüvvətli zərbəylə qapıya göndərdiyi top toru silkələdi – 1:0. Qurbanovun yetirmələri qoldan sonra hücumda bir qədər də fəallaşdı. Bu fəallıq 79-cu dəqiqədə bəhrə verdi. Çempionatın bombardiri Juninyo səhnəyə çıxdı – 1:1. Xatırladaq ki, qolun ötürməsini verərkən Benzya qapıçı ilə ciddi toqquşma yaşadı. Həkimlər cəld müdaxilə etsələr də, Yassin meydanı tərk etdi. Bu üzdən “Qarabağ” son dəqiqələrdə 10 nəfərlə oynamaq məcburiyyətində qaldı. Say üstünlüyünə baxmayaraq, “Kəpəz”in bu qoldan sonra ruhdan düşdüyünü gördük. Elə bunun nəticəsində müdafiəyə çəkilən komanda qonaqların hücumlarına tab gətirmədi. 4-cü uzatma dəqiqəsində Ehtiramın cərimə meydançası daxilində Juninyoya qarşı kobudluğuna görə hakim “sarı-göylər”in qapısına penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Toral komandasının qələbə qoluna imza atdı - 1:2. Oyun elə bu hesabla da yekunlaşdı.

Gözdən qaçmadı
* Martins Juniorun qüvvətli zərbəsindən sonra top təhlükəsizliyi təmin edən polis əməkdaşının üzünə tuş gəldi.
* “Qarabağ”ın iki azarkeş qrupu - “Qarabağ Ordu” və “İmarət Tayfa” komandaya dəstək verdi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

7-11-2023, 21:0

“Köhlən atlar” “Kəpəz”i ayağı altına aldı - REPORTAJ

Premyer-liqa / Reportaj

29-01-2024, 19:0

Paçu “dənizçilər”ə divan tutdu - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Ölkə kuboku / Reportaj

23-12-2023, 12:0

“Hərbçilər” sensasiyanın astanasından döndü - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Ölkə futbolu / Reportaj

24-01-2024, 17:0

“Zirə” ardıcıl 6-cı oyunda qola həsrət qaldı – REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə