Bakıda 2013-2014-cü il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli turnir keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, yarış iyunun 6-dan etibarən Binə stadionunda təşkil olunacaq.
Turnirdə Misli premyer-liqası klubları və ödənişsiz oyunçu qəbul edən akademiyalar istisna olmaqla, digər komandalar iştirak edə biləcəklər. Yarış olimpiya sistemi üzrə keçiriləcək. Məğlub olan komandalar mübarizəni dayandıracaqlar.
Qeydiyyat üçün son tarix 2 iyun 2026-cı il müəyyənləşdirilib. Turnirdə iştirak etmək istəyənlər elchin.gadirov@affa.az elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Oyunlar 9x9 formatında, yarım meydançada keçiriləcək. Qarşılaşmaların ümumi müddəti 40 dəqiqə olacaq. Hər hissə 20 dəqiqə davam edəcək.