Cokoviç də “qiyamçılar”ı dəstəklədi

20.05.2026 18:15 58
İdman
Serbiyalı tennisçi Novak Cokoviç mükafat fondunun azlığı üzündən turnirləri boykot etməyə hazırlaşan həmkarlarının müdafiəsinə qalxıb:

“Tennisçilər həmişə mənim dəstəyimə arxayın ola bilərlər. Yeni nəsillər yetişir, bizim idmanın Sobolenko kimi liderlərinin irəliyə doğru daha bir addım atmaq niyyətinin olmasına görə sevinirəm. Hər birimiz eyni idman növününü hissələriyik. Tennisi yeni səviyyəyə qaldırmaq istəyirik: oyunçular da, turnir təşkilatçıları da, rəhbər orqanlar da. Təəssüf ki, tez-tez maraqların toqquşması yaranır, bəzi adamlar bu problemi həll etmək istəmir. Hesab edirəm ki, bax, burda tennisçilərin həqiqətən gücü var. İndi bu mövzuda faha fəal diskussiyanın getməsi xoşuma gəlir. Məhz buna görə Oyunçular Assosiasiyasının yaradıcılarından biri oldum”.

38 yaşlı serb ulduz həqiqətən də PTPA assosiasiyasının yaradıcılarındandı. Bu qurum əvvəllər ATP, WTA və “Böyük dəbilqə” turnirlərinin təşkilatçılarına qarşı mükafat fondunun azlığı ilə bağlı iddialar qaldırıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul