• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qələbə yoxdu, amma qrup var! - REPORTAJ

Reportaj / Avropa Liqası

2-09-2023, 16:0

Qəribə idi.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab matçında meydana çıxırdı. Lakin “Tofiq Bəhramov”un ətrafında əvvəlki oyunlarla müqayisədə daha səssiz ortam var idi. Ümumiyyətlə, komandalar meydana çıxana qədər arenada səssizlik hökm sürürdü. Lakin komandalar meydanda görünəndə, Avropa Liqasının yeni himni səslənəndə alqış və uğultu səsləri sükutun pozulmasına səbəb oldu.

Matç qonaqların basqısı ilə başladı. Elə ilk zərbə də onlardan gəldi. Lakin bu, Luka üçün heç nə idi. “Olimpiya”nın topa sahibolma üstünlüyü çox çəkmədi. 5 dəqiqədən sonra “köhlən atlar” oyunun axarını öz xeyrinə dəyişə bildi. İlk real qol vəziyyətini də ağdamlılar yaratdı. 6-cı dəqiqədə Yankoviçin uzaqdan zərbəsi qapının üstündən keçdi.
Vaxt ötdükcə “köhlən atlar” müdafiədə etibarlı oynayaraq hücuma atılırdı. İlk 15 dəqiqə, demək olar ki, kəşfiyat xarakterli keçdi. 17-ci dəqiqədə Benzya fərqlənməyə yaxın olsa da, onun zərbəsindən sonra müdafiəçiyə dəyən top çölə çıxdı.

Hissənin ortalarına doğru oyuna nəzarəti tam ələ alan ağdamlılar penalti qazandı. Leandronun yerdə qaldığı epizodda referi oyunu davam etdirdi. Lakin VAR-ın müdaxiləsindən sonra ispaniyalı 11 metrlik cərimə zərbəsi təyin etdi. Toral HİK-lə səfər oyununda olduğu kimi, yenə qapını dəqiq nişan aldı – 1:0.

Qoldan sonra da təşəbbüs “Qarabağ”da idi. “Köhlən atlar” ardıcıl hücumlarla qonaqları narahat edirdi. Lakin 36-cı dəqiqədə Romaonun uşaq səhvindən sloveniyalılar ustalıqla yararlandı. Braziliyalı yarımmüdafiəçi cərimə meydançasının küncü üzərində zəhlətökən şəkildə topu özündə çox saxladı, onu ələ keçirən Dioro Pinto isə uzaq küncə elə zərbə vurdu ki, Quqeşaşvili heç nə edə bilməzdi. Ağdamlılar oyuna mərkəzdən başlayan kimi topu itirdi. Referi Medinanın Elşnikə qarşı hərəkətini penalti kimi dəyərləndirdi. Lakin VAR yenə işə əl qoydu. İspaniyalı epizodu yenidən izlədikdən sonra qərarını dəyişməli oldu.

Hissənin sonlarına doğru yenə ağdamlılar üstünlüyü ələ aldı. “Köhlən atlar”, demək olar ki, rəqibə göz açmağa imkan vermədi. Hələ ilk hissəyə artırılan son dəqiqədə Benzya yüzfaizlik imkanı əldən verdi. Beləliklə, komandalar fasiləyə bərabərliklə yollandı.

İkinci hissəyə komandalar eyni heyətlə çıxdı. Fasilədən sonra rəqiblər o qədər də fəallıq göstərmirdi. Sanki “Qarabağ” çempionluğu təmin edəndən sonra premyer-liqada hansısa rəqibə qarşı mübarizə aparırdı. Futbolçular qonaqların cərimə meydançasının həndəvərinə qədər gəlsələr də, sonda heç nə ilə yadda qalmırdılar.

Hücumda “dişsizliyin” fərqinə varan Qurban Qurbanov Cicanı Juninyo ilə əvəzlədi. Joao Enrike isə eyni anda daha iki dəyişikliyə əl atdı. Portuqaliyalı da hücum xəttində yorulan futbolçuları əvəzlədi. Artıq bu, məşqçilərin taktiki mübarizəsi idi. Lakin bütün cəhdlərə baxmayaraq, başqa qol vurulmadı. Bu nəticə ilə ağdamlılar tarixində 8-ci dəfə adını Avropa Liqasının qrupuna yazdırdı.

Gözdən qaçmadı
* AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasilyeva “Qarabağ”ı dəstəkləmək üçün stadiona təşrif buyurmuşdu.
* Oyunöncəsi məşq prosesində Maksim Medvedev stadionun əməkdaşı Ramiz Zeynalovla qucaqlaşaraq görüşdü.
* Avropa Liqasının alışdığımız yox, yenilənmiş himni səsləndi.
* Ara-sıra “Olimpiya”nın 15 nəfərlik azarkeş qrupunun səsi eşidilirdi. Lakin “İmarət” və “Qarabağ Ordu” dərhal reaksiya verərək onları sakit dayanmağa məcbur edirdi.
* Komandalar meydana çıxarkən “İmarət” fanklubu ingilis dilində “All eyes on us”, yəni “bütün gözlər bizdədi” yazılan pankart açdı.
* “Qarabağ” hesabı açarkən stadionda səslənən mahnıda qırılmalar oldu. Monitorda isə 5-10 saniyəlik qaralma yaşandı.
* Hakim rəqibin penalti epizodu anında VAR-a baxarkən “Qarabağ” azarkeşləri “UEFA - Mafiya” şüarını səsləndirdi.
* 80-cı dəqiqədə “Qarabağ” azarkeşləri Medinanın adını səsləndirərək ona dəstək oldular.
* Son dəqiqələrdə Elvin Cəfərquliyev yerdə qaldı. Qurban Qurbanov əli ilə ona “qalx” dedi. Lakin futbolçu yenə yerdə uzandı. Bu məqam baş məşqçini qəzəbləndirdi. Müdafiəçi ayağa qalxaraq əsəbi halda yerinə qayıtdı. Elə bu anda referi fitini səsləndirərək görüşü bitirdi. Elvin meydanın mərkəzinə yönələrək qələbəni qeyd etməyə başladı.
* Matç bitən kimi stadionda atəşfəşanlıq oldu. “Köhlən atlar”ın futbolçuları arenada dövrə vuraraq qələbəni qeyd etdilər.
* “Olimpiya”nın oyunçuları da öz azarkeşləri olan tribunaya tərəf gedərək onları alqışladılar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

26-08-2023, 16:0

“Qarabağ” səfərdə möhtəşəm qələbə qazandı - REPORTAJ

Manşet / Reportaj / Çempionlar Liqası

3-08-2023, 13:0

“Qarabağ” üçün Çempionlar Liqası erkən bitdi - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Reportaj / Avropa Liqası

19-08-2023, 11:0

“Qarabağ” ardıcıl 10-cu dəfə qrupa düşdü! - REPORTAJ

Aktual / Ölkə futbolu

7-08-2023, 11:0

“Avqustun 2-də “Bəhramov”da oyun keçirmək mümkün deyildi”

Premyer-liqa / Reportaj

22-08-2023, 13:0

“Qarabağ” debütantı çətinliklə məğlub etdi - REPORTAJ

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 22:53
    Reşfordun yolu haradı?
  • Bu gün, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Bu gün, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Bu gün, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Bu gün, 20:44
    Açılış günü həyatını itirdi...
  • Bu gün, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Bu gün, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Bu gün, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Bu gün, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 205
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 176
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə