Məlum olduğu kimi, premyer-liqada mövsümü 11-ci yerdə başa vuracaq “Qəbələ” bu liqada yerini qorumaq üçün 1-ci liqanın ikincisi ilə pley-off oyunu keçirəcək. Hələ ki aşağı dəstənin ikincisi bəlli deyil. Mayın 22-də keçiriləcək “Mingəçevir” - “Səbail” oyunundan sonra bilinəcək.
PFL hələ pley-off oyununun vaxtı ilə bağlı rəsmi açıqlama verməsə də, “Football-plus.az”a daxil olan məlumata görə, həmin oyun mayın 28-də, yəni Müstəqillik (köhnə adı Respublika) Günü keçiriləcək. Mayın son 5 günündə Azərbaycan dincələcək, oyunun məhz Müstəqillik Gününə salınması yaxşı qərardı. Artıq “Qəbələ”yə, eləcə də “Mingəçevir”lə “Səbail”ə bununla bağlı məlumat verilib.
Oyunun keçiriləcəyi stadion və başlama saatı isə bəlli deyil.
MÜZƏFFƏR QULUZADƏ