• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi

Ölkə futbolu / Aktual

20-05-2026, 17:0

2-ci liqanın sonuncu – 27-ci turunda maraqlı hadisə baş verdi: “Şəki” “Ağstafa Gəncləri” ilə səfər oyununa 11 yox, 9 nəfərlə çıxdı. Bəli, nə qədər qəribə görünsə də, vəziyyət məhz belə idi. “Şəki” 1:3 uduzduğu oyundan sonra sosial şəbəkə hesabında bəyanat yayaraq belə vəziyyətə görə məsuliyyəti kapitan Rəsul İbrahimovla yanaşı, daha 4 futbolçunun üzərinə atdı.

“Football-plus.az” hadisələrin mərkəzində olan futbolçunun - kapitan Rəsul İbrahimovun fikrini öyrənib:

“Məsələyə məntiqlə yanaşaq. Maliyyə problemi yoxdusa, niyə oynamaq istəməyək?! Uşaqlara haqsızlıq var idi. Maaş verilmir. 2-ci dövrədən sonra mövcud durumu nəzərə alıb, aşağı maaşla razılaşdıq. Mənim başqa layihəm də var idi deyə, təklifləri ilə razılaşdım. Oyundan-oyuna maaş verilməli idi. 2-3 oyun aldıq, sonra verilmədi. Son 3 oyun üçün pul verilməyib. Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq. Əvvəldən də borcları var. Dedim ki, necə güvənək? Klubun 1000 manat, 500 manat borclu olduğu futbolçular var. Razılaşmadıq. Dedik ki, son iki oyunun pulu verilsin. Mənə kapitan olaraq futbolçular dedilər ki, rəhbərliklə danış. Mən onlara çağırış etməmişəm. Özləri yaxınlaşıblar ki, fikrini bildir, pulumuz verilsin. Rəhbərliyin etdiyi yaxşı hərəkət deyil. Başqa futbolçulara deyiblər ki, Rəsulgilə çatacaq pulu sizə verəcəyik, gəlin oynayın. Uşaqların haqqı var, tər töküblər. İnsanlıqdan xaric məsələlər olub. Deyirlər ki, maaşları vermişik? Sübut var? Varsa, qəbz göstərsin. Bunlar sözlə olmur”.

Klubun prezidenti Elgün Hüseynovla da bu məsələ ilə bağlı danışdıq. Onun mövqeyi tam fərqlidi:

“Məsələ bir az başqadı. Oyunçulara yanlış məlumat verib. Kapitan hər oyunçuya zəng vurub, hərəsinə ayrı-ayrı söz deyib. Aprelin maaşını tam vermişik. Sübutlarımız da var. Maraqlanın, aprelin maaşını hansı komanda verib? Çünki federasiya hələ pulu köçürməyib. Mayın, 17 günün, iki oyunun pulunu verməmişik. Ən son maaşını 60 gün əvvəl aldıqda şikayət edə, oyuna çıxmaqdan imtina edə bilər. Bizdə belə problem olmayıb, maaş gecikməsi də olmayıb. May qutarmayıb ki. Buna qədər də gecikmə olmayıb. Maraqlandıq, öyrəndik ki, Rəsul İbrahimov “Araz Saatlı”da və başqa komandalarda da belə problemlər yaradıb. Sən demə, adamın xarakteri belə imiş. Məcburiyyətdən bu oyunçu qalıb. Birinci dövrədə sponsor problemi oldu, heyəti onlar qurmuşdu”.

Elgün Hüseynov Rəsul İbrahimovun klubun futbolçulara 1000, 500 manat borcu olması məsələsinə də aydınlıq gətirdi:

“Heç kimə belə borcumuz yoxdu. Yəqin onu nəzərdə tutur ki, sponsorun idarəçiliyi dövründə olan borclar var, onları vermişik məhkəməyə, futbolçulara da demişik ki, müqaviləni bizlə bağlamamısız. Amma pulu ala bilsək, qaytaracağıq. Zəng edib digər futbolçulardan da soruşa bilərsiz, maaşla bağlı problem olmur. Rəsul burda da yalan deyir. AFFA nə vaxt pulu köçürsə, onda da pulu ödəyəcəyimizi demişik. İndi özünə bəraət qazandırmaq üçün deyir ki, oyundan-oyuna. Lap oyundan-oyunadı. İki oyunun pulu qalıb, dağıdacaq nə var? Əslində elə şeylər ediblər ki, adam mediaya bu haqda açıqlama verməyə də utanır. Sizə deyir ki, 2 oyunluq alacağım var, bizə elekton məktub göndərib ki, 2400 manat borc var. Bizim onun kart hesabına etdiyimiz ödənişlərin ekran görüntüsü var. Yazışmalar da qalıb”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

18-05-2026, 21:0

“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?

Ölkə futbolu

10-05-2026, 20:0

Rəsul İbrahimov mükafatlandırıldı

Aktual

26-12-2025, 13:0

Ah, Azərbaycan futbolu, səndə nə növcavanlar var... – giley-miley

1-ci liqa / Manşet

30-10-2023, 21:0

“Futbolçuları nə qınaya, nə də dəstək verə bilərəm”

Aktual / Ölkə futbolu

9-08-2025, 10:0

Emin Mahmudov: 13 aydan sonra...

İdman

16-01-2026, 15:0

Kapitan "Şəki"ni tərk etdi

Aktual
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
Son xəbərlər
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Dünən, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 10:00
    Mbappe rekordlardan doymur
  • Dünən, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • 11-07-2026, 23:0
    İngilis futbolçu “2” aldı
  • 11-07-2026, 23:0
    Yubiley qolunun müəllifi oldu
  • 11-07-2026, 23:0
    İspaniyaya qarşı oynamayacaq
  • 11-07-2026, 22:0
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 188
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 140
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə