Premyer-liqanın 33-cü turunda keçirilən "Kəpəz" - "Neftçi" matçı ətrafında baş verənlərdən xəbərdarsız.
Belə ki, "sarı-göylər" "ağ-qaralar"ın müracətindən sonra matçın Yevlaxda yox, "Mehdi Hüseynzadə"də keçirilməsinə razılıq verib. İş ondadı ki, oyunun "Palms Sports Arena"da keçirilməməsinin səbəbi kimi paytaxt təmsilçisinin avrokuboklar üçün hazırlıq prosesinə başlamasıyla əlaqələndirilib. Sən demə, vəziyyət fərqli imiş.
Belə ki, "Neftçi" həqiqətən də "Kəpəz"lə matçın öz stadionunda oynanılmasını təklif edib. Sadəcə, gəncəlilər bu təklifə isti yanaşmayıb. Bu barədə "Football-plus.az"a "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib. Onun sözlərinə görə, stadionda hazırlıq prosesinə "sarı-göylər"in burda oynamağa razılıq verməməsindən sonra başlanılıb.
Xatırladaq ki, "Kəpəz" - "Neftçi" oyunu mayın 23-də, saat 15.00-da başlayacaq.
KƏNAN BAHADIR