• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Simeone illərdi dünyanın ən baha məşqçisidi

Dünya futbolu

20-11-2023, 21:0

Dieqo Simeonenin 2011-ci ilin dekabrında əsası qoyulan “Atletiko” erası davam edir.

"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi bugünlərdə argentinalı məşqçi ilə müqavilənin müddətini 2026/27 mövsümünün sonuna qədər uzadıb. İllərdi uğurla davam edən, dünya futbolunda ən uzunömürlülərdən olan bu işbirliyi ilə bağlı maraqlı məqamların sayı çoxdu.

1. Məbləğ. Çox güman, yeni müqavilə indiki (bonuslar nəzərə alınmaqla ildə 45 milyon avro) ilə müqayisədə daha aşağı məbləğə bağlanıb, ancaq yenə də məşqçilər üçün rekorddu. Müqayisə üçün deyək ki, bu özünəməxsus reytinqdə 2-ci pillədə qərarlaşan Pep Qvardiolaya “Mançester Siti” iki dəfə aşağı – 22,7 milyon avro ödəyir.
2. Qarşıdakı mövsümlərin hansısa birində komanda Çempionlar Liqasının qrupuna düşməsə, müqavilənin pozulması imkanı. Klub prezidenti Enrike Sereso bu məqama belə aydınlıq gətirir: “Bu normal və məntiqlidi, “Atletiko” üçün bu qədər iş görən məşqçinin imtiyazları və məsuliyyəti var. Ancaq düşünürəm ki, siz hamınız Dieqonun özünün nə istədiyini (Çempionlar Liqasını qazanmağı nəzərdə tutur – red.) bilirsiz”.
Bu məqamda haqlı bir sual yaranır: dünyanın heç də ən zəngin klubu olmayan “Atletiko” nəyə görə baş məşqçiyə bu qədər çox pul ödəyir?

“Atletiko” ilə Simeone arasında qırılmaz bağlar var
“The Guardian” 2012-nin yanvarında belə bir sərlövhə ilə aləmə car çəkirdi: “Atletiko”nun sevimli övladı Dieqo Simeone “Kaldero”un işığa qərq etmək üçün qayıdır”. Madirdlilər argüntinalı baş məşqçinin rəhbərliyi altında ilk ev oyununa çıxırdı, 55 min azarkeş kumirini alqışlayırdı. Onun komandanı kapitan sarğısı ilə meydana çıxardığı son oyundan 6 ildən bir qədər artıq vaxt keçmişdi. Azarkeşlər “Ole, ole, ole, Çolo Simeone”, - deyə qışqırırdı.
Dieqo “Atletiko”nun formasını iki dəfə geyib: 1994-97-ci illər aralığında, bir də 2003-cü ildən 2005-ci ilə qədər. 1996-cı ildə futbolçu kimi “qızıl dubl” edib – İspaniya çempionatının və kubokunun qalibi olub. Klub həmin vaxtdan bəri uzun müddət titulsuz qalıb. 1996-cı ildəki çempionluqdan Simeonenin baş məşqçi təyin olunduğu 2011-in dekabrına qədər “Atletiko”nun bossları 16 məşqçi dəyişib, mövsüm ərzində orta hesabla 14 yenu oyunçu dəvət edib.
Argentinalının “sükan arxasına” keçməsindən cəmi yarım il sonra “Atletiko” Avropa Liqasını qazandı, Simeone isə Avropa İdman Mətbuatı Assosiasiyasının versiyasına görə mövsümün məşqçisi sayıldı. Madrid klubu həmin vaxtdan bəri həmişə Avropada ən güclülərdən biri sayılır (La Liqada iki çempionluq, ÇL-də iki final). Baş məşqçi isə daim alqış (La Liqada 4 dəfə ilin məşqçisi sayılıb) və əməyinin mükafatını qazanıb. “Atletiko” argentinalının rəhbərliyi arasında keçirdiyi 643 oyunda (Simeone hesabında 612 oyun olan Luis Araqonesi arxada qoyub) 381 qələbə qazanıb, “hindular”ın muzeyinə 8 kubok əlavə edib.

Bütün bu 12 il ərzində Simeone yalnız bir dəfə klubdan ayrılmağa yaxın olub: Çempionlar Liqasının 2015/16 mövsümünün finalından sonra onun beşillik müqaviləsinin vaxtı klubun uğurla bağlı şübhələri üzündən iki il azaldılıb (bitmə vaxtı kimi 2018-ci il göstərilib). Ancaq 2017-ci ilin sentyabrında yeni, yaxşılaşdırılmış şərtlər əsasında yeni müqavilə imzalanıb. 2019-cu ilin fevralından bəri isə Simeone dünyanın ən yüksək ödənişli futbol məşqçisidi.

Simeonenin supermüqaviləsi “Atıetiko”nun büdcəsinə necə sığışdırılır?
La Liqada artıq 10 ildi “maliyyə feyr-pleyi”nin ispan variantı fəalliyətdədi. Bəzən bu limiti səhvən əməkhaqqı tavanı kimi anlayırlar, ancaq daha geniş anlayışdı: limitə əməkhaqqı (oyunçuların + məşqçi korpusunun), sosial təminat, kollektiv və fərdi bonuslar (pul və ya ev, avtomobil, məzuniyyət tipli natural ödənişlər), müqavilənin pozulmasına görə nəzərdə tutulan kompensasiya, agentlərə verilən komissiya haqqı, transferin amortizasiyası (oyunçunun dəyərinin müqavilə müddətinə bərabər əsasda bölünməsi) daxildi. Ehtiyat komandaya, akademiyaya və klubun digər bölmələrinə ödənilən pullar da nəzərə alınır. Odu ki, məhdudiyyətləri “heyətlə bağlı xərclər üçün limit” adlandırmaq daha doğru olardı.

Hesablama formulu mürəkkəbdi: gəlirlərdən çıxılsın (teleyayın hüququ, bilet satışı, transferlər, avrokuboklardan gələn pullar qarışır) planlaşdırılmayan qeyri-idman xərcləri. Klublar hesabatı La Liqaya təqdim edir, bu qurum isə lazım gələrsə, düzəlişlərə əl atır. Limitlə bağlı sorğu o anlama gəlmir ki, büdcə tam xərcələnəcək, sadəcə, ondan kənara çıxmaq lazım deyil. Bir sözlə, klub nə qədər çox qazanırsa, bir o qədər çox xərcləyə bilir. “Atletiko”nun, demək olar ki, həmişə bu mənada böyük ehtiyatı olub. 2021/22 mövsümün dəqiqləşdirmə tələb edir: “Atletiko” onda koronavirus üzündən 100 milyon avro itirib. La Liqa belədə güzəştə gedib: sanksiyaları yumşaldıb və əvvəlki mövsümə görə olan itkilərin yalnız 15 faizini nəzərə almağa imkan verib. Klubların normal şəkildə bərpa olunması üçün bu tədbirlər 2025/26 mövsümünün sonuna qədər davam edəcək.

“Atletiko”nun pulu hardan gəlir?
“Atletiko”nun əfsanəvi prezidenti Xesus Xil 2004-cü ildə dünyasını dəyişəndən sonra klub üzərində nəzarət onun oğlu Migel Xil Marino (səhmdar və icraçı direktor) ilə Enrike Seresoya (prezident) keçdi. Xil Marin də daşınmaz əmlak sahəsində ailə biznesini davam etdirdi, həmçinin heyvandarlıqla məşğul oldu. O, 550 milyon avro sərvətlə “Forbes”in İspaniya üçün tərtib etdiyi reytinqdə 171-ci yerdə qərarlaşıb. Sereso isə yetərincə məşhur ispaniyalı kinoprodüsüer olub və olmaqda davam edir. Onun kapitalı 175 milyon avro həcmində dəyərləndirilir. Tandem dərhal işə düşmədi. 2000-ci illərin sonunda İspaniya mediası daim qarşılıqlı antipatiyadan yazırdı: hər kəs bilərəkdən başqasının maraqlarına zidd olan qərarlar verirdi. Nəticə: məşqçi istefaları, titulsuzluq, 2011-ci ilin iyununa 524 milyon avro borc, bunun 117 milyonu vergi orqanlarının, 52 milyonu klubun əməkdaşlarının payına düşürdü. Ancaq Simeonenin dəvət olunması sağlamlaşmaya xidmət edit – klub təkcə nəticələri yox, maliyyə durumunu da yaxşılaşdırdı.

Ondan başlayaq ki, “Atletiko” 2012-ci ildən bəri təkcə UEFA turnirlərindən birbaşa gəlir kimi 700 milyon avrodan artıq qazanıb. Klub paralel şəkildə başqa qaynaqlar da axtarıb – məsələn, xarici investisiya hesabına kapitalını artırıb. Belə ki, 2015-ci ildə klub səhmlərinin 20 faizi 45 milyon avro invesitisiya müqabilində Çinin çoxprofilli “Wanda Group” konqlomeratına keçib. Ona rəhbərlik edən biznesmen Vam Szyanlinin sərvəti 25 milyard avro həcmində dəyərləndirilir. Ondan sonra klubun ev oyunlarını keçirditi stadion 2022-ci ilin iyununa qədər “Wanda Metropolitano” adını daşıdı.

2018-ci iln fevralında çinlilər səhmlərin 17 faizini israilli milyarder İdan Oferə məxsus olan “Quantum Pacific Group” fonduna maraqlı şərt əsasında satdı – bu payı saxlamaq üçün kluba insvesisiya qoyuluşunu davam etdirmək lazım oldu (2021-də 58 milyon avro qoyublar). Hazırda “Quantum Pacific” səhmlərin 32 faizinə malikdi.

2021-ci ilin iyununda klubun sahibləri daha incə gediş işlətdi. Xil Marin və Sereso səhmlərini yeni “Atlético HoldCo” şirkətində birləşdirdi ki, bu şirkət də klubun majoritar səhmdarı (səhmlərin 65,9 faizi) oldu. Şirkətdəki payın üçdəbiri isə amerikalı səhmdarlara – “Ares Management Corporation”ə verildi. Ardından tandem yeni səhmlərin buraxılışı hesabına klubun kapitalını artırdı və özləri də yeni səhmləri aldılar. Nəticədə “Atletiko” 120 milyon avro təmiz gəlir götürdü, bosslar isə nəzarət paketini əlində saxladı. “Atletiko”nun kapitallaşması səkkiz il ərzində üç dəfə artıb – 0,6-dan 1,8 milyard avroya qədər. “Forbes” xəbər verir ki, “Atletiko” 2021/22 mövsümü ərzində rekord gəlir - 416,2 milyon avro qazanıb. Ötən mövsüm tərəfdaşlar “Atletiko”nun büdcəsini daah 107 milyon avro zənginləşdirib, o cümlədən “Cívitas” daşınmaz əmlak agentliyi və “Whalefin” fintex şirkəti ilə imzalanan sponsor anlaşmalarının hesabına. Sonuncuların yerini yaxınlarda ilə 42 milyon avro ödəməklə Səudiyyə Ərəbistanının “Riyadh Air” hava yolları şirkəti tutdu.

Bununla belə, hələ də stadionun yenidən qurulması və pandemiyanın fəsadları üzündən klubun maliyyə problemləri var. “Relevo”nun yazdığına inansaq, bu ilin apreli üçün “Atletiko”nun təmiz borcu 592 milyon avro təşkil edir. Klub heyətlə bağlı xərclərini fəal şəkildə azaldır. Antuan Qrizmann (ildə 12,5 milyon avroya qədər) və Toma Lemar (3,25 milyona qədər) ilə əməkhaqqının iki dəfə azaldılmasıyla bağlı razılığa gəlmək mümkün olub. Joao Feliş icarəyə verilib ki, klub onun almalı olduğu 14,58 milyon avronun yalnız 1,5 milyonunu ödəyir. Yannik Ferrayra Karrasko (ildə 13,1 milyon avro), Joffre Kondoqbia (6,9 milyon), Renan Lodi (3,8 milyon) və Mateus Kunya (3 milyon) uğurla satılıb. Mett Doherti (ildə 4,2 milyon avro) klubdan havayı ayrılıb. Yayın ümumi transfer balansı +57,3 milyon avrodu. “Atletiko”nun əməkhaqqı cədvəli hələ də yetərincə böyükdü – 145,6 milyon avro. Madrid klubu bu göstəricidə “Real” (282,6 milyon) və “Barselona”ya (204,7 milyon) ciddi şəkildə uduzursa, digər tərəfdən sonrakı pillələrdə qərarlaşan “Sevilya” (77,8 milyon ) ilə “Atletik”i (49,6 milyon) qabaqlayır. “Atletiko” bosslarının növbəti mövsümlərarası dövrdə heyətlə bağlı “təmizlik” işləri aparacağı gözlənilir.

Simeone maaşının azaldılmasına razılıq verib
“Marca” bildirir ki, argentinalı mütəxəssis “Atletiko”nun iqtisadi cəhətdən yenidən qurulmasına anlayışla yanaşıb – danışıqlar zamanı maaşın azaldılması ilə bağlı heç bir fikir ayrılığı yaşanmayıb. Elə həmin “Relevo”ya inansaq, Simeone indiki maaşının 45-55 faizini güzəştə gedəcək. Ona 2026/27 mövsümünün sonuna qədər toplam 100 milyon avro təklif olunub. Bu mövsümün sonuna qədər həmin məbləğin 45 milyonu veriləcək, qalan hissə isə növbəti üç mövsüm üçün bərabər bölünəcək.

Simeone yeni müqaviləsinin sonuna qədər işləsə, onda bir komandaya fasiləsiz rəhbərlik etmək baxımından İspaniya rekordunu yeniləcəyək. Hazırda rekord “Real”ın əfsanəvi məşqçisi Migel Munyosa məxsusdu – 13 il və 8 ay. Argentinalı Avropada fəaliyyətdə olan məşqçilər arasında hamıdan irəlidədi – “Frayburq”un çalışdırıcısı Kristian Ştrayxı bir həftə qabaqlayır.

Simeone etiraf edir ki, nə vaxtsa A seriyasına qayıtmaq istəyərdi. Onun agenti və bacısı Natalya bir neçə il əvvəl belə demişdi: “Dieqo gec-tez “İnter”in baş məşqçisi olacaq. O, adı çəkilən klubu çalışdırmaq istəyir – bu zaman məsələsidi. Milandakı atmosfer Dieqonun xoşuna gəlir”.

Yeni müqavilə imzalanandan sonra belə görünür ki, italiyalılar hələ gözləməli olacaq.

Yeri gəlmişkən...
İspaniya çempionatının 13-cü turunda “Vilyarreal”ı məğlub edən “Atletiko” evdəki qələbə seriyasını 17 oyuna çatdırdı. “Hindular” evdə sonuncu dəfə 9 ay əvvəl xal itirib – fevralın 4-də “Xetafe” ilə oyunda (1:1). Onların növbəti ev oyununu noyabrın 25-də “Malyorka”ya qarşı keçirəcəyini də xatırladaq.

Səbəbkardan sitatlar
* Çempionlar Liqasını qazanmaq hissinin əsiri deyiləm. Bu komanda heç vaxt bu turnirin qalibi olmayıb. Amma mən bunun üçün burda deyiləm. Sadəcə, bu turnirdə iştirak bizim üçün sevindiricidi. Bunun nə qədər çətin olduğunu bilirik. Özümü ÇL-i qazamağa aludə olan adam kimi hiss etmirəm, çünki nəyəsə aludəçilik pisdi. Çempionlar Liqasını qazanmağı illüziya kimi görürəm, bu yaxşıdı. Axı hər kəsin illüziyaları var.
* Özümdən sonra kimi “Atletiko”da görmək istərdim? Aydındı ki, yaxşılardan birini. Klopp, Ançelotti, Poçettino – bax, bu məşqçiləri burda görmək istərdim. Karlo ilə münasibətlərimiz yaxşıdı. Dost deyilik, ancaq münasibətlər yaxşıdı. Bir-birimizə hörmək edirik – belə ifadə etmək daha yaxşı olardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-10-2023, 21:0

Simeonenin məsələsinə aydınlıq gəldi

Dünya futbolu

5-08-2023, 16:0

“Atletiko” Simeone ilə bağlı qərar verdi

Dünya futbolu

3-04-2023, 15:0

Simeone dünyada liderdi

Dünya futbolu

19-06-2023, 16:0

Kiçik Simeone Neapolda qaldı

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Aktual
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Son xəbərlər
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 176
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə