İtaliya A seriyasında 2025/26 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, bu nominasiyanın qalibi “İnter”i çalışdıran Kristian Kivu olub. Rumıniyalı mütəxəssis komandanı 2025-ci ilin iyunundan çalışdırır. O, bundan əvvəl 2018-24-cü illərdə Milan klubunun aşağı yaş qruplarından işləyib, sonra isə “Parma”nın baş məşqçisi olub.
Kivu cari mövsümdə “İnter”i həm A seriyasında, həm də İtaliya kubokunda qələbəyə daşıyıb.