Covanni Simeone artıq “Napoli”yə məxsusdu.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu komandada icarə əsasında şıxış edən futbolçunun transfer hüquqünu alıb.
“Verona”dan transfer edilən argentinalı hücumçunun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər artırılıb. Klubun mətbuat xidmətinin məlumatında “Napoli”nin Simeone üçün “Verona”ya 12 milyon avro ödəyəcəyi bildirilib.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan Covanni ötən mövsüm A seriyasında 25 oyunda iştirak edib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.