Dieqo Simeone “Atletiko”nu daha bir neçə il çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçi ilə müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlib. “Relevo”nun yaydığı məlumatda qarşıdakı həftələrdə yeni müqavilənin rəsmən elan ediləcəyi bildirilib. Argentinalı mütəxəssis ilə əməkdaşlığın müddətinin daha üç mövsüm uzadılacağı və onun komandaya 2026/27 mövsümünün sonuna qədər başçılıq edəcəyi məlum olub.
53 yaşlı Simeone “Atletiko”nu 2011-ci ildən çalışdırır. Komanda hazırda İspaniya çempionatında 8 oyuna 19 xalla 4-cü yeri tutur.